https://sputnik.az/20221024/rusiya-bmt-de-kiyevin-cirkli-bomba-hazirlamasi-meselesini-qaldiracaq-447815582.html
Rusiya BMT-də Kiyevin "çirkli bomba" hazırlaması məsələsini qaldıracaq
Rusiya BMT-də Kiyevin "çirkli bomba" hazırlaması məsələsini qaldıracaq
Sputnik Azərbaycan
RF xarici işlər naziri bildirib ki, bu məlumatlar yenidən yoxlanılıb və boş ittiham deyil. 24.10.2022, Sputnik Azərbaycan
2022-10-24T16:21+0400
2022-10-24T16:21+0400
2022-10-25T12:13+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
kiyev
sergey lavrov
çirkli
bomba
https://cdnn1.img.sputnik.az/img/07e6/09/18/446662499_0:160:3072:1888_1920x0_80_0_0_6e91d2e7895a8e0937a8a87256659a0c.jpg
BAKI, 24 oktyabr — Sputnik. Rusiya BMT-də Kiyevin "çirkli bomba" ilə təxribat hazırlaması məsələsini qaldırmaq niyyətindədir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "RİA Novosti"yə bildirib.Onun sözlərinə görə, bu məlumatlar yenidən yoxlanılıb və boş ittiham deyil.Moskvanın ixtiyarında Ukraynada aşağı rentabelli nüvə silahı yaratmaq texnologiyasına malik qurumların və elmi institutların siyahısı var.Bundan əvvəl məlum olub ki, Kiyev Rusiya Federasiyasını kütləvi qırğın silahlarından istifadə etməkdə ittiham etmək üçün "çirkli bomba"nın partladılması ilə təxribat törətməyi planlaşdırır. Ukraynanın Joltıe Vodı şəhərindəki zavod və Kiyev Nüvə Tədqiqatları İnstitutu artıq onun istehsalı üçün tapşırıq alıblar.Rusiyanın müdafiə naziri Sergey Şoyqu da öz növbəsində bu məlumatı qərbli həmkarlarına çatdırıb.Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bununla bağlı bildirib ki, Qərbin Kiyevin "çirkli bomba"dan istifadə etmək planları ilə bağlı Rusiyanın məlumatlarına etibar etməməsi belə bir təhlükənin olmadığı anlamına gəlmir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/18/446662499_171:0:2902:2048_1920x0_80_0_0_c5b07e11e5f3a9522058b36292028b46.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, kiyev, sergey lavrov, çirkli, bomba
rusiya, kiyev, sergey lavrov, çirkli, bomba
Rusiya BMT-də Kiyevin "çirkli bomba" hazırlaması məsələsini qaldıracaq
16:21 24.10.2022 (Yenilənib: 12:13 25.10.2022) RF xarici işlər naziri bildirib ki, bu məlumatlar yenidən yoxlanılıb və boş ittiham deyil.
BAKI, 24 oktyabr — Sputnik. Rusiya BMT-də Kiyevin "çirkli bomba" ilə təxribat hazırlaması məsələsini qaldırmaq niyyətindədir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "RİA Novosti"yə bildirib.
Onun sözlərinə görə, bu məlumatlar yenidən yoxlanılıb və boş ittiham deyil.
Moskvanın ixtiyarında Ukraynada aşağı rentabelli nüvə silahı yaratmaq texnologiyasına malik qurumların və elmi institutların siyahısı var.
Bundan əvvəl məlum olub ki, Kiyev Rusiya Federasiyasını kütləvi qırğın silahlarından istifadə etməkdə ittiham etmək üçün "çirkli bomba"nın partladılması ilə təxribat törətməyi planlaşdırır. Ukraynanın Joltıe Vodı şəhərindəki zavod və Kiyev Nüvə Tədqiqatları İnstitutu artıq onun istehsalı üçün tapşırıq alıblar.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu da öz növbəsində bu məlumatı qərbli həmkarlarına çatdırıb.
Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bununla bağlı bildirib ki, Qərbin Kiyevin "çirkli bomba"dan istifadə etmək planları ilə bağlı Rusiyanın məlumatlarına etibar etməməsi belə bir təhlükənin olmadığı anlamına gəlmir.