Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya iqtisadiyyatı sanksiyalardan sonra stabilləşib - BVF

© Pexels Anna TisRubl, arxiv şəkli
Rubl, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.10.2022
Abunə olmaq
Qurumun ekspertləri hesab edir ki, dövlətin iştirakı məşğulluğun müharibədən əvvəlki səviyyədə saxlanmasına imkan yaradıb.
BAKI, 23 oktyabr - Sputnik. Rusiya iqtisadiyyatı 2022-ci ilin ikinci rübündə sanksiyalardan sonra stabilləşib. Bu barədə RİA Novosti Beynəlxalq Valyuta Fondunun (BVF) regional hesabatına əsasən məlumat yayıb.
“Rusiya iqtisadiyyatı 2022-ci ilin ikinci rübündə sabitləşdi və bu, mərkəzi banka əsas faiz dərəcəsini müharibədən əvvəlki səviyyəyə qaytarmağa imkan verdi”, - deyə sənəddə bildirilir.
Hesabatda qeyd edilir ki, hazırda Rusiyanın ÜDM-nin 2022-ci ildə 3,4 faiz azalacağı proqnozlaşdırılır ki, bu da əvvəlcə gözlənilən azalmanın təxminən yarısıdır.
© Sputnik / Максим Богодвид / Mediabanka keçidRusiyada əmək yarmarkası, arxiv şəkli
Ярмарка вакансий в Казани - Sputnik Azərbaycan, 1920, 23.10.2022
Rusiyada əmək yarmarkası, arxiv şəkli
Fondun ekspertləri qeyd edirlər ki, o qədər də güclü enişin olmaması bir sıra amillərlə izah edilə bilər. Beləliklə, neft ixracı Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrdən tətbiq etməyən ölkələrə yönləndirilib. Bundan əlavə, dövlətin iştirakı məşğulluğun müharibədən əvvəlki səviyyədə saxlanmasına kömək edib.
Bir müddət əvvəl jurnalist Daniel Flatli Rusiyaya qarşı sanksiyaların səmərəsiz olması barədə danışmışdı. Onun sözlərinə görə, Qərb dövlətlərinin Moskvaya qarşı tətbiq etdiyi çoxsaylı məhdudlaşdırıcı tədbirlər Rusiya iqtisadiyyatının vəziyyətinə ciddi təsir göstərməyib. Flatli onu da əlavə edib ki, gələcəkdə Rusiya iqtisadiyyatı neft və qaz satışından əldə edilən gəlirlər hesabına dəstəklənəcək.
Xəbər lenti
0