Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya-Çin tərəfdaşlığının inkişafı üzrə dialoqu davam etdirməkdən şad olaram - Putin

© Sputnik / ALEXEI DRUZHININÇin Xalq Respublikasının sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin Çində rəsmi qarşılanma mərasimində, arxiv şəkli
Çin Xalq Respublikasının sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin Çində rəsmi qarşılanma mərasimində, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.10.2022
Abunə olmaq
Rusiya lideri ÇKP qurultayının nəticələrinin Si Cinpinin yüksək siyasi nüfuzunu və rəhbərlik etdiyi partiyanın birliyini təsdiq etdiyini qeyd edib.
BAKI, 23 oktyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Si Cinpini yenidən Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin baş katibi seçilməsi münasibətilə təbrik edərək, dövlətlər arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyətin inkişafı üzrə dialoqu davam etdirmək əzmində olduğunu bildirib. Bu barədə Kremlin saytı məlumat yayıb.
“Dövlətlərimiz arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyət əlaqələrinin inkişafı üçün konstruktiv dialoqumuzu və sıx birgə işi davam etdirməkdən şad olaram”, - deyə məlumatda bildirilir.
Rusiya prezidenti qeyd edib ki, ÇKP qurultayının nəticələri onun yüksək siyasi nüfuzunu və rəhbərlik etdiyi partiyanın birliyini təsdiqləyib.
“ÇKP-nin 20-ci Yubiley Qurultayının nəticələri Sizin yüksək siyasi nüfuzunuzu, eləcə də rəhbərlik etdiyiniz partiyanın birliyini tam təsdiqlədi”, - deyə təbrik teleqramında vurğulanır.
Putin həmçinin əmin olduğunu bildirib ki, qurultayın qərarları ÇXR qarşısında duran vəzifələrin yerinə yetirilməsinə və ölkənin mövqelərinin möhkəmlənməsinə töhfə verəcək.
Putin həmçinin Si Cinpinə uğurlar, cansağlığı və firavanlıq arzulayıb.
Xatırladaq ki, şənbə günü Pekində Çin Kommunist Partiyasının ənənəvi olaraq beş ildən bir keçirilən 20-ci qurultayı başa çatıb, orada ÇKP Mərkəzi Komitəsi və ÇKP Mərkəzi İntizam Təftiş Komissiyasının yeni tərkibi seçilib.
Si Cinpin üçüncü müddətə ÇKP MK-nın baş katibi və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Hərbi Şurasının sədri vəzifələrinə təsdiq edilib.
Qərar ÇKP 20-ci Mərkəzi Komitəsinin birinci plenar iclasının yekunlarına əsasən qəbul edilib. Plenum zamanı Siyasi Büronun və Siyasi Büronun Daimi Komissiyasının yeni tərkibi seçilib ki, onların da tərkibinə ən nüfuzlu partiya rəsmiləri daxil olublar. Bu şəxslər növbəti beş ildə Siyasi Büronun gələcək inkişafı istiqamətində ən mühüm qərarlar qəbul edəcəklər.
Xəbər lenti
0