QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Vətən müharibəsinin sonundan bəri mina qurbanlarının sayı 2️62 nəfərə çatıb - XİN

© Sputnik / Murad OrujovXİN Xarici İşlər Nazirliyi
XİN Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 23.10.2022
Abunə olmaq
Xarici siyasət idarəsi mina partlaması ilə bağlı sosial şəbəkədə paylaşım edib.
BAKI, 23 oktyabr - Sputnik. 2020-ci ildə Qarabağ müharibəsindən indiyədək 262 nəfər mina qurbanı olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Tviter səhifəsindəki paylaşımında deyilir.
Bildirilir ki, daha bir nəfər vətəndaşımız Ermənistan tərəfindən basdırılmış minanın qurbanı olub.
"Tərtər rayonunda minanın partlaması nəticəsində 26 yaşlı mülki şəxs yaralanıb. Təəssüf ki, onun hər iki ayağı amputasiya olunub. 2020-ci il müharibəsinin sonundan bəri mina qurbanlarının sayı 2️62 nəfərə çatıb. Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır!”, - deyə paylaşımda vurğulanıb.
Qeuy edək ki, bu gün saat 17 radələrində Tərtər rayonun Çaylı kəndi ərazisində rayon sakini Samir Əlizadə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, polis əməkdaşları tərəfindən dərhal xəstəxanaya yerləşdirilib.
Baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır.
Xəbər lenti
0