https://sputnik.az/20221023/kiyev-cirkli-bombadan-istifade-ede-biler---soyqu-447788187.html
Kiyev “çirkli bomba”dan istifadə edə bilər - Şoyqu
Kiyev “çirkli bomba”dan istifadə edə bilər - Şoyqu
Sputnik Azərbaycan
Rusiyanın müdafiə naziri fransalı və türkiyəli həmkarları ilə söhbətində Ukraynadan mümkün təxribatlardan narahatlığını bildirib. 23.10.2022, Sputnik Azərbaycan
2022-10-23T16:56+0400
2022-10-23T16:56+0400
2022-10-23T16:56+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e6/09/15/446297547_0:0:1255:705_1920x0_80_0_0_b987321200e80839cc21b81cc1595bd8.jpg
BAKI, 23 oktyabr - Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu fransalı həmkarı Sebastyan Lekornü ilə telefon danışığında Kiyevin “çirkli bomba”nın mümkün istifadəsindən narahatlığını bildirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb."2022-ci il oktyabrın 23-də Şoyqu Lekornüyə Ukraynanın “çirkli bomba”dan istifadə etməklə mümkün təxribatları ilə bağlı narahatlığını çatdırıb, - - deyə nazirliyin məlumatında bildirilir.Daha sonra bildirilir ki, Rusiya Müdafiə Nazirliyinin rəhbəri türkiyəli həmkarı Hulusi Akarla da telefonla danışıb. Söhbət zamanı tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər.Rusiya müdafiə departamentinin rəhbəri qeyd edib ki, o, Ukraynanın “çirkli bomba”dan istifadə edərək təxribat törətmək ehtimalından narahatdır.Xatırladaq ki, oktyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Silahlı Qüvvələrinin, digər qoşunlarının, hərbi birləşmələrinin və orqanlarının ehtiyaclarını ödəmək üçün Nazirlər Kabineti yanında Əlaqələndirmə Şurasının yaradılması haqqında fərman imzalayıb.Xüsusi hərbi əməliyyat zamanı federal icra hakimiyyəti orqanlarının və Rusiya Federasiyasının təsis qurumlarının icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsini gücləndirmək məqsədi ilə yaradılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/15/446297547_0:0:1113:835_1920x0_80_0_0_74af6d822f07ad885e6c1597cd790d24.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, türkiyə
Kiyev “çirkli bomba”dan istifadə edə bilər - Şoyqu
Rusiyanın müdafiə naziri fransalı və türkiyəli həmkarları ilə söhbətində Ukraynadan mümkün təxribatlardan narahatlığını bildirib.
BAKI, 23 oktyabr - Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu fransalı həmkarı Sebastyan Lekornü ilə telefon danışığında Kiyevin “çirkli bomba”nın mümkün istifadəsindən narahatlığını bildirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"2022-ci il oktyabrın 23-də Şoyqu Lekornüyə Ukraynanın “çirkli bomba”dan istifadə etməklə mümkün təxribatları ilə bağlı narahatlığını çatdırıb, - - deyə nazirliyin məlumatında bildirilir.
Daha sonra bildirilir ki, Rusiya Müdafiə Nazirliyinin rəhbəri türkiyəli həmkarı Hulusi Akarla da telefonla danışıb. Söhbət zamanı tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Rusiya müdafiə departamentinin rəhbəri qeyd edib ki, o, Ukraynanın “çirkli bomba”dan istifadə edərək təxribat törətmək ehtimalından narahatdır.
Xatırladaq ki, oktyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Silahlı Qüvvələrinin, digər qoşunlarının, hərbi birləşmələrinin və orqanlarının ehtiyaclarını ödəmək üçün Nazirlər Kabineti yanında Əlaqələndirmə Şurasının yaradılması haqqında fərman imzalayıb.
Xüsusi hərbi əməliyyat zamanı federal icra hakimiyyəti orqanlarının və Rusiya Federasiyasının təsis qurumlarının icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsini gücləndirmək məqsədi ilə yaradılıb.