https://sputnik.az/20221021/xezer-rusiya-yukleri-ile-doldurulub---dar-bogazlari-genislendirmek-lazimdir-447712980.html
Xəzər Rusiya yükləri ilə doldurulub - dar boğazları genişləndirmək lazımdır
Xəzər Rusiya yükləri ilə doldurulub - dar boğazları genişləndirmək lazımdır
Sputnik Azərbaycan
Kimya məhsullarının və gübrələrin daşınması təxminən 70 faiz, sementin daşınması 90 faiz, kağızın daşınması 3 dəfə, metalın daşınması 5 dəfə artıb. 21.10.2022, Sputnik Azərbaycan
2022-10-21T18:00+0400
2022-10-21T18:00+0400
2022-10-21T18:00+0400
xəzər
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
rusiya
https://cdnn1.img.sputnik.az/img/41647/22/416472255_0:153:1001:716_1920x0_80_0_0_f491f38f692f146b6fdad5f05b19cba0.jpg
BAKI, 21 oktyabr — Sputnik. Xəzəryanı regionlar yükdaşımada yeni rekordlarını bəyan edir. Təkcə Həştərxan vilayətinin limanlarında (bunlar Astraxan və Olyadır) ilin əvvəlindən konteynerlərin daşınması demək olar ki, iki dəfə - 46 min tona qədər artıb.Kimya məhsullarının və gübrələrin daşınması təxminən 70 faiz, sementin daşınması 90 faiz, kağızın daşınması 3 dəfə, metalın daşınması 5 dəfə artıb. Bütün bu yüklər Rusiyadan Xəzəryanı dövlətlərin limanlarına gedir.Təkcə son rübdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi 5 dəfə artıb. Yükdaşımalar o qədər artıb ki, İran, Türkmənistan, Hindistan və Azərbaycan Rusiya limanlarında öz terminallarını yaratmağı düşünür.İndi Rusiya ilə yeni təchizat zəncirləri yaratmaq xüsusilə sərfəlidir. Səbəb sanksiyalardır ki, bütün yük axını Qərb istiqamətinə deyil, Şərqə yönəlib.Yükdaşımadakı rekordlar daha da arta bilər. Amma bunun üçün Rusiya infrastrukturunun dar boğazlarını aradan qaldırmaq lazımdır. Misal üçün, Volqa-Xəzər kanalının dibini mümkün qədər tez dərinləşdirməklə Xəzərdən gələn gəmilərin keçidi təmin edilə bilər.Onu da xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq ediblər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41647/22/416472255_0:0:997:748_1920x0_80_0_0_02ef62cf0f86c3f0608a870b7bc270d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəzər, putin, rusiya prezidenti vladimir putin, vladimir putin, rusiya
xəzər, putin, rusiya prezidenti vladimir putin, vladimir putin, rusiya
Xəzər Rusiya yükləri ilə doldurulub - dar boğazları genişləndirmək lazımdır
Kimya məhsullarının və gübrələrin daşınması təxminən 70 faiz, sementin daşınması 90 faiz, kağızın daşınması 3 dəfə, metalın daşınması 5 dəfə artıb.
BAKI, 21 oktyabr — Sputnik. Xəzəryanı regionlar yükdaşımada yeni rekordlarını bəyan edir. Təkcə Həştərxan vilayətinin limanlarında (bunlar Astraxan və Olyadır) ilin əvvəlindən konteynerlərin daşınması demək olar ki, iki dəfə - 46 min tona qədər artıb.
Kimya məhsullarının və gübrələrin daşınması təxminən 70 faiz, sementin daşınması 90 faiz, kağızın daşınması 3 dəfə, metalın daşınması 5 dəfə artıb. Bütün bu yüklər Rusiyadan Xəzəryanı dövlətlərin limanlarına gedir.
Təkcə son rübdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi 5 dəfə artıb. Yükdaşımalar o qədər artıb ki, İran, Türkmənistan, Hindistan və Azərbaycan Rusiya limanlarında öz terminallarını yaratmağı düşünür.
İndi Rusiya ilə yeni təchizat zəncirləri yaratmaq xüsusilə sərfəlidir. Səbəb sanksiyalardır ki, bütün yük axını Qərb istiqamətinə deyil, Şərqə yönəlib.
Yükdaşımadakı rekordlar daha da arta bilər. Amma bunun üçün Rusiya infrastrukturunun dar boğazlarını aradan qaldırmaq lazımdır. Misal üçün, Volqa-Xəzər kanalının dibini mümkün qədər tez dərinləşdirməklə Xəzərdən gələn gəmilərin keçidi təmin edilə bilər.
Onu da xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq ediblər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.