https://sputnik.az/20221021/bakida-yeni-sokuntu-bumu---yeni-binalarin-insasinda-xaos-hokm-surur-447639291.html
Bakıda söküntü bumu - Yeni binaların inşasında xaos hökm sürür
Bakıda söküntü bumu - Yeni binaların inşasında xaos hökm sürür
Sputnik Azərbaycan
Ekspert deyir ki, Bakının Baş Planı hələ hazır olmadığından, yeni binalar Baş Plana uyğun tikilmir. 21.10.2022, Sputnik Azərbaycan
2022-10-21T08:46+0400
2022-10-21T08:46+0400
2022-10-21T10:19+0400
söküntü
paytaxt xəbərləri
tikinti
https://cdnn1.img.sputnik.az/img/41094/88/410948834_0:0:2001:1125_1920x0_80_0_0_f94005afc9db36d7b8df700bf658143f.jpg
BAKI, 21 oktyabr — Sputnik. Bakının 12 rayonunda komissiya üzvləri və mütəxəssislərlə birgə qəzalı binalara baxış keçirilib. Ekspert qrupunda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, memar və tikinti mütəxəssisləri yer alıb. Rayonlar üzrə məlumatlar toplanaraq Bakı Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaya təqdim olunub və komissiya da öz növbəsində qəzalı binalar barədə məlumatları Nazirlər Kabinetinə göndərib. Yaxın günlərdə Bakının Nərimanov rayonu ərazisində iki binanın sökülməsi barədə qərar açıqlanacaq. Bunlar Nərimanov rayonu ərazisində yerləşən Fətəli xan Xoyski 212 və 214 ünvanlarında yerləşən binalardır. Binalar 1956-cı ildə Bakı Şin Zavodunun yataqxanası kimi tikilib. O zaman həmin zavodun işçilərinə verilib, amma sonradan başqa ev ala bilmədikləri üçün orada yaşamalı olublar. Yataqxanada yaşayan sakinlərə binaların sökülməsi zamanı iki variant təklif olunacaq. Onlar ya hər kvadratmetrə görə 1500 AZN kompensasiya alacaqlar, ya da sökülən yataqxananın yerində tikiləcək çoxmərtəbəli binadan mənzil əldə edəcəklər.Qeyd edək ki, Bakıda yerləşən digər qəzalı binalarla bağlı da müvafiq qərarların mərhələli şəkildə veriləcəyi bildirilir. Köhnə və qəzalı binaların sökülməsi müsbət hal olsa da, onların yerində yeni çoxmənzilli binaların inşasının əmlak bazarına, eləcə də paytaxtda yol infrastruktuna təsiri danılmazdır.Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu prosesə 2017-ci ildən başlanılıb. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 83 nömrəli Qərarı ilə istismara yararsız binalar sökülərək yerində pilot layihələrlə yeni çoxmərtəbəli binalar tikilir:"Bu gün Nərimanov, Yasamal rayonlarında iki və üçmərtəbəli binaların yerində 16 mərtəbəli yaşayış binaları inşa olunur. Amma həmin ərazilərdə yol genişləndirilmir. Baxmayaraq ki, iki-üç mərtəbəli binaların söküldüyü ərazilərdə yol infrastrukturu bu qədər əhali sayına hesablanmayıb. Bakıda baş verən tıxaclarda yeni yaşayış binalarının xaotik tikintisinin böyük təsiri var. Halbuki, bina inşa edilərkən orada gələcəkdə yaşayacaq ailə sayına uyğun infrastruktur yenidən qurulmalıdır. Səkilər, avtobus dayanacaqları, yollar yenidən qurulmalıdır. İstismar müddətini başa vuran qəzalı binaların inşası vacibdir. Amma bu məqamlar mütləq nəzərə alımaq şərtilə".Həmsöhbətimiz deyir ki, Bakıda 11 minədək istismar müddətini başa vuran bina var. 100-dən artıq bina isə Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı bina kimi qeydə alınıb. Onun sözlərinə görə, bunlar mərhələli şəkildə sökülüb yerində yeniləri inşa olunmalıdır: "Amma Bakının Baş Planı hələ hazır olmadığından, yeni binalar Baş Plana uyğun tikilmir. Nəticədə bu gün paytaxtın küçələrində hərəkət iflic olur, uzun tıxaclar yaranır. Baş Plan təsdiqləndikdə isə bu binaları sökmək gec olacaq. Çünki, gələcəkdə bu binaları sökmək də çətin olacaq. Yeni binalar o qədər yaxın inşa edilir ki, onların birini sökdükdə o biri bina zərər görəcək. Bu məqamlar yeni yaşayış binaları inşa olunarkən nəzərə alınmalıdır".E. Fərzəliyev onu da qeyd etdi ki, köhnə və qəzalı binaların sökülməsinin əmlak bazarına təsiri də danılmazdır. İlk növbədə kirayə mənzillərə təlabat artır. Amma ekspert deyir ki, bu binaların yerində inşa olunan göydələnlərdəki mənzillər tez satılır: "Pilot layihə ilə inşa olunan evlərə alıcı təlabatı da böyükdür. Çünki, belə binalara qaz verilişi, çıxarışla təminat məsələsində problem olmur. Ona görə də, pilot layihə ilə tikilən binalar daha tez satılır".Yol hərəkəti üzrə ekspert Eldəniz Cəfərov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, köhnə, qəzalı binaların sökülməsi labüddür. Amma bu zaman mütləq şəhərsalma və arxitektura qaydalarına əməl edilməlidir. Yeni binalar inşa olunarkən, orada sakinlərin sayına uyğun yeraltı parklanma təmin edilməlidir:"Bakıda yeni binalarda parklanma yeri olmalıdır. Bu yaşayış və qeyri-yaşayış binalarına olan əsas tələbdir. Çox təəssüf ki, bəzən buna əməl olunmur. Bina sakinləri avtomobillərini binanın qarşısında, yolların kənarında saxlamaqla yollarda tıxac yaradır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41094/88/410948834_145:0:1852:1280_1920x0_80_0_0_f3929f2946b4c1419f531baece9366f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
söküntü, tikinti
Bakıda söküntü bumu - Yeni binaların inşasında xaos hökm sürür
08:46 21.10.2022 (Yenilənib: 10:19 21.10.2022) Ekspert deyir ki, Bakının Baş Planı hələ hazır olmadığından, yeni binalar Baş Plana uyğun tikilmir.
BAKI, 21 oktyabr — Sputnik. Bakının 12 rayonunda komissiya üzvləri və mütəxəssislərlə birgə qəzalı binalara baxış keçirilib. Ekspert qrupunda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, memar və tikinti mütəxəssisləri yer alıb. Rayonlar üzrə məlumatlar toplanaraq Bakı Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaya təqdim olunub və komissiya da öz növbəsində qəzalı binalar barədə məlumatları Nazirlər Kabinetinə göndərib.
Yaxın günlərdə Bakının Nərimanov rayonu ərazisində iki binanın sökülməsi barədə qərar açıqlanacaq. Bunlar Nərimanov rayonu ərazisində yerləşən Fətəli xan Xoyski 212 və 214 ünvanlarında yerləşən binalardır. Binalar 1956-cı ildə Bakı Şin Zavodunun yataqxanası kimi tikilib. O zaman həmin zavodun işçilərinə verilib, amma sonradan başqa ev ala bilmədikləri üçün orada yaşamalı olublar. Yataqxanada yaşayan sakinlərə binaların sökülməsi zamanı iki variant təklif olunacaq. Onlar ya hər kvadratmetrə görə 1500 AZN kompensasiya alacaqlar, ya da sökülən yataqxananın yerində tikiləcək çoxmərtəbəli binadan mənzil əldə edəcəklər.
Qeyd edək ki, Bakıda yerləşən digər qəzalı binalarla bağlı da müvafiq qərarların mərhələli şəkildə veriləcəyi bildirilir. Köhnə və qəzalı binaların sökülməsi müsbət hal olsa da, onların yerində yeni çoxmənzilli binaların inşasının əmlak bazarına, eləcə də paytaxtda yol infrastruktuna təsiri danılmazdır.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu prosesə 2017-ci ildən başlanılıb. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 83 nömrəli Qərarı ilə istismara yararsız binalar sökülərək yerində pilot layihələrlə yeni çoxmərtəbəli binalar tikilir:
"Bu gün Nərimanov, Yasamal rayonlarında iki və üçmərtəbəli binaların yerində 16 mərtəbəli yaşayış binaları inşa olunur. Amma həmin ərazilərdə yol genişləndirilmir. Baxmayaraq ki, iki-üç mərtəbəli binaların söküldüyü ərazilərdə yol infrastrukturu bu qədər əhali sayına hesablanmayıb. Bakıda baş verən tıxaclarda yeni yaşayış binalarının xaotik tikintisinin böyük təsiri var. Halbuki, bina inşa edilərkən orada gələcəkdə yaşayacaq ailə sayına uyğun infrastruktur yenidən qurulmalıdır. Səkilər, avtobus dayanacaqları, yollar yenidən qurulmalıdır. İstismar müddətini başa vuran qəzalı binaların inşası vacibdir. Amma bu məqamlar mütləq nəzərə alımaq şərtilə".
Həmsöhbətimiz deyir ki, Bakıda 11 minədək istismar müddətini başa vuran bina var. 100-dən artıq bina isə Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı bina kimi qeydə alınıb. Onun sözlərinə görə, bunlar mərhələli şəkildə sökülüb yerində yeniləri inşa olunmalıdır:
"Amma Bakının Baş Planı hələ hazır olmadığından, yeni binalar Baş Plana uyğun tikilmir. Nəticədə bu gün paytaxtın küçələrində hərəkət iflic olur, uzun tıxaclar yaranır. Baş Plan təsdiqləndikdə isə bu binaları sökmək gec olacaq. Çünki, gələcəkdə bu binaları sökmək də çətin olacaq. Yeni binalar o qədər yaxın inşa edilir ki, onların birini sökdükdə o biri bina zərər görəcək. Bu məqamlar yeni yaşayış binaları inşa olunarkən nəzərə alınmalıdır".
E. Fərzəliyev onu da qeyd etdi ki, köhnə və qəzalı binaların sökülməsinin əmlak bazarına təsiri də danılmazdır. İlk növbədə kirayə mənzillərə təlabat artır. Amma ekspert deyir ki, bu binaların yerində inşa olunan göydələnlərdəki mənzillər tez satılır: "Pilot layihə ilə inşa olunan evlərə alıcı təlabatı da böyükdür. Çünki, belə binalara qaz verilişi, çıxarışla təminat məsələsində problem olmur. Ona görə də, pilot layihə ilə tikilən binalar daha tez satılır".
Yol hərəkəti üzrə ekspert Eldəniz Cəfərov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, köhnə, qəzalı binaların sökülməsi labüddür. Amma bu zaman mütləq şəhərsalma və arxitektura qaydalarına əməl edilməlidir. Yeni binalar inşa olunarkən, orada sakinlərin sayına uyğun yeraltı parklanma təmin edilməlidir:
"Bakıda yeni binalarda parklanma yeri olmalıdır. Bu yaşayış və qeyri-yaşayış binalarına olan əsas tələbdir. Çox təəssüf ki, bəzən buna əməl olunmur. Bina sakinləri avtomobillərini binanın qarşısında, yolların kənarında saxlamaqla yollarda tıxac yaradır".