Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukraynanı silahla təmin edən Qərb Rusiya ilə təhlükəli münaqişə xəttinə yaxınlaşır - XİN

© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Qərbin Ukraynaya ümumi hərbi yardımı artıq 42,3 milyard dollar təşkil edib ki, bunun da yarıdan çoxunu ABŞ göndərib.
BAKI, 20 oktyabr — Sputnik. Qərb Ukraynaya silah verməklə Rusiya ilə təhlükəli birbaşa hərbi münaqişə xəttinə yaxınlaşır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"NATO ölkələri Kiyev rejimini silah və sursatla gücləndirməkdə, onu kəşfiyyat məlumatları ilə təmin etməkdə, Kiyev rejiminin əsgərlərini öyrətməkdə, hərbi əməliyyatların aparılmasına dair göstərişlər verməkdə sanki bir-biri ilə rəqabət aparır və bununla da ölkənin Rusiya ilə birbaşa təhlükəli hərbi münaqişə sərhədinə yaxınlaşmaqda davam edirlər", - deyə o, cümə axşamı keçirdiyi brifinqdə bildirib.
Zaxarova əlavə edib ki, Qərbin Ukraynaya ümumi hərbi yardımı artıq 42,3 milyard dollar təşkil edib ki, bunun da yarıdan çoxunu ABŞ göndərib.
O vurğulayıb ki, "Kiyev rejiminə bu qədər böyük pul ayıran və silah-sursat verən ölkələr həm də bu ekstremist fəaliyyətin donorları və sponsorlarıdır". Buna görə də NATO ölkələri "şübhədən yayınmaq üçün kimisə günahlandırmağa" çalışırlar.
Xəbər lenti
0