Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN: "Ukrayna Silahlı Qüvvələri Xersonda pusquya düşüb"

© Sputnik / Константин Михальчевский / Mediabanka keçidUkrayna böhranı ilə əlaqədar vəziyyət
Ukrayna böhranı ilə əlaqədar vəziyyət - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Abunə olmaq
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya komandanlığının tank ehtiyatını döyüşə daxil etməsi, eləcə də düşməni pusquya salması nəticəsində onlar sarsıdıcı məğlubiyyətə uğrayıb.
BAKI, 20 oktyabr — Sputnik. Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Rusiya qoşunlarının müdafiəsini yarmağa çalışıb və onun içərisinə girib, lakin qoşunlarımızın bölmələri bütün istiqamətdə müdafiənin ön xəttini tamamilə bərpa edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov bildirib.
"Xerson vilayətinin Suxanovo qəsəbəsi ərazisində düşmən Rusiya bölmələrinin müdafiəsinə keçə bilib. Rusiya komandanlığının tank ehtiyatlarını döyüşə daxil etməsi, eləcə də düşməni pusquya salması nəticəsində onlar sarsıdıcı məğlubiyyətə uğrayıb. Nəticədə Ukrayna bölmələri nizamsız şəkildə qaçıblar", - deyə o bildirib.
Bundan əlavə, Konaşenkov qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Novaya Kamenka və Çervonı Yar yaşayış məntəqələri istiqamətində tank batalyonu da daxil olmaqla, üç batalyondan istifadə edərək dar bir hissədə Rusiya qoşunlarının müdafiəsini yarmağa çalışıb. Departament nümayəndəsi əlavə edib ki, müdafiənin ön xəttində vəziyyət tam bərpa olunub.
© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidİqor Konaşenkov
İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 20.10.2022
İqor Konaşenkov
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Xəbər lenti
0