Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ərzaq təhlükəsizliyini gücləndirmək üçün ərzaq tədarük etməyə hazırdır – RF XİN

© AP Photo / Efrem LukatskyTaxıl yığımı, arxiv şəkli
Taxıl yığımı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Abunə olmaq
Zaxarova tədarük zəncirlərinin mümkün qədər tez bərpa olunmasına bir daha diqqət çəkib.
BAKI, 20 oktyabr — Sputnik. Dünyada ərzaq təhlükəsizliyinin təhdid edilməməsi üçün Rusiya bir çox ölkələri ərzaq və gübrə ilə təmin etməyə hazırdır, lakin ABŞ qlobal ərzaq təhlükəsizliyinə zərbə endirməklə bunun qarşısını alır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Ölkəmiz ən böyük kənd təsərrüfatı dövləti kimi qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir. Biz Rusiyanın ərzaq ixracının ehtiyacı olan bir çox ölkələrin sosial-iqtisadi inkişafı üçün əhəmiyyətini yaxşı bilirik, gübrələrimiz isə heç də az əhəmiyyət kəsb etmir – onlar olmasa, gələcək məhsul təhlükə altında qalacaq. Biz həm ərzağı, həm də gübrəni, ümumiyyətlə isə, dünyada ərzaq təhlükəsizliyinin təhdidlərə, zərbələrə məruz qalmaması üçün lazım olan hər şeyi tədarük etməyə hazırıq", - deyə Zaxarova cümə axşamı keçirilən brifinqdə bildirib.
O, tədarük zəncirlərinin mümkün qədər tez bərpa olunmasına və Rusiya Federasiyasından olan təsərrüfat subyektlərinin xarici iqtisadi fəaliyyətdə üzləşdiyi və Qərb tərəfindən süni şəkildə yaradılmış məhdudiyyətlərin aradan qaldırılmasının zəruriliyinə bir daha diqqət çəkib.
"Bizə bunu etməyə çox mane olurlar (ərzaq və gübrə tədarük etməyə). ABŞ, müvafiq olaraq, bizim məhsullar üzrə maliyyə hesablaşmalarının həyata keçirilməsi üçün imkanları maksimum məhdudlaşdıraraq həmin bu dünya ərzaq təhlükəsizliyinə zərbə vurur", - deyə Zaxarova vurğulayıb.
Xəbər lenti
0