Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Dünya kollektiv Qərbdən daha böyükdür

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Abunə olmaq
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib ki, çətin dövrlərə baxmayaraq, Rusiya inkişaf edir və bundan sonra da inkişaf edəcək.
BAKI, 20 oktyabr — Sputnik. Dünya kollektiv Qərbdən daha böyükdür, digər ölkələr Rusiya ilə əməkdaşlıqda maraqlıdır. Xüsusən də qeyd edim ki, iqtisadi əməkdaşlıqda boşluq olmur. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Bilirsiniz ki, kollektiv Qərb adlanan ölkələr tərəfindən Rusiyaya qarşı çoxlu sayda sanksiyalar, həm də beynəlxalq hüquq nöqteyi-nəzərindən qeyri-qanuni sanksiyalar tətbiq olunur. Lakin dünya kollektiv Qərbdən daha böyükdür. Və, bir sıra digər ölkələr isə əksinə, öz biznesləri ilə boş yerləri zəbt etməkdə daha çox maraqlıdırlar", - deyə o, qızı Yelizaveta ilə birlikdə gəldiyi "Made in Russia" forumunda çıxış edərkən söyləyib.
Peskov qeyd edib ki, bu vəziyyətdə digər ölkələr, o cümlədən ərəb ölkələri üçün yeni imkanlar açılır.
"Bu cür iqtisadi əməkdaşlıqda boşluq olmur. Bəziləri gedərsə, bəzi imkanlar yox olarsa, digərləri bu boşluğu doldurur və yeni, daha cəlbedici imkanlar yaranır", - deyə Kremlin nümayəndəsi əlavə edib.
Onun sözlərinə görə, "çətin" zaman olmasına baxmayaraq, inkişafı dayandırmaq lazım deyil və bu, Rusiya iqtisadiyyatı üçün vacibdir.
"Gördüyünüz kimi, burada inkişaf davam edir... Ölkə çətin dövrlərə baxmayaraq, inkişaf edir və bundan sonra da inkişaf edəcək", - deyə Peskov əlavə edib.
Xəbər lenti
0