Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Nasistlərin Leninqradın mühasirəsi zamanı törətdikləri əməllər soyqırım kimi tanınıb

© Sputnik / Boris KudoyarovBlokadada olan Leninqradın sakinləri, arxiv şəkli
Blokadada olan Leninqradın sakinləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Abunə olmaq
BAKI, 20 oktyabr - Sputnik. Sankt-Peterburq Şəhər Məhkəməsi prokurorluğun iddiası ilə faşistlərin Leninqradın blokadası zamanı törətdikləri əməlləri müharibə cinayəti və sovet xalqının soyqırımı kimi tanıyıb. Bu barədə RİA Novosti xəbər yayıb.
Bildirilir ki, qeyd olunan iddiaya mahiyyəti üzrə baxılmasına oktyabrın 3-də başlanılıb.
Dinləmələr zamanı Sankt-Peterburq Şəhər Məhkəməsi ekspertləri və şahidləri dindirib, “məxfi” işarəsi altında olan bir sıra sənədləri araşdırıb.
Dinləmələr zamanı Sankt-Peterburq prokuroru Viktor Melnik Leninqradın blokadası zamanı ölənlərin sayının statistik rəqəmləri aşdığını bildirib: ümumi olaraq qəbul edilmiş 649 min nəfər əvəzinə 1 milyondan çox.
Prokurorluğun hesablamalarına görə, nasistlərin və onların əlaltılarının Leninqrada və onun sakinlərinə vurduğu ziyan indiki məzənnə ilə 35,3 trilyon rubl (indiki məzənnə ilə təqribən 570 mlrd.dollar) təşkil edir.
Bundan əvvəl məhkəmələr Böyük Vətən Müharibəsi illərində Rusiya Federasiyasının 8 regionunda, o cümlədən Leninqrad vilayətində nasistlərin əməllərini soyqırım kimi tanıyıb.
Xəbər lenti
0