https://sputnik.az/20221020/metropolitenin-rusiyadan-aldigi-yeni-qatarlar-bakiya-catib-447660984.html
Metropolitenin Rusiyadan aldığı yeni qatarlar Bakıya çatıb
Metropolitenin Rusiyadan aldığı yeni qatarlar Bakıya çatıb
Sputnik Azərbaycan
Rusiyanın "Transmaşholdinq" SC-nin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsindən aldığı 2 yeni qatar Azərbaycan paytaxtına çatıb. 20.10.2022, Sputnik Azərbaycan
2022-10-20T10:49+0400
2022-10-20T10:49+0400
2022-10-20T10:49+0400
paytaxt xəbərləri
bakı metropoliteni
vaqon
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438163979_0:59:1000:622_1920x0_80_0_0_77eb9c6c9710adb45a8c2a6a9193789d.jpg
BAKI, 20 oktyabr — Sputnik. "Bakı Metropoliteni" QSC-nin Rusiyanın "Transmaşholdinq" SC-nin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsindən aldığı 2 yeni qatar Azərbaycan paytaxtına çatıb.Bakı Metropoliteninin ekspert qrupu Rusiyanın "Metrovaqonmaş" ASC-dən alınan hər biri 10 vaqondan ibarət iki qatarı qəbul edib. Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, yeni qatarlar sazlandıqdan və sınaqdan keçirildikdən sonra xəttə buraxılacaq.Yeni qatarların əsas üstünlük və fərqlərindən danışan metropoliten rəsmisi bildirib ki, 4-cü nəsil qatarlar mikroiqlim nəzarət sistemi ilə təchiz olunub:"Bu qatarların kondisioner sistemi Bakı iqlimi nəzərə alınaraq istehsal olunub".Qatarların əsas fərqli cəhətlərindən biri isə qapılarının daha enli olmasıdır: "Belə olan halda düşüb-minmək daha asan olur".B.Məmmədovun sözlərinə görə, daha iki yeni qatar oktyabrda Bakıya gətiriləcək. Bununla da Bakı Metropolitenində yeni nəsil qatarların sayı 23-ə çatdırılacaq:"Yeni qatarların istismar müddəti 30, köhnə qatarların istismar müddəti isə 31 ildir. Köhnə nəsil qatarların istismar müddəti başa çatdıqca onlar mərhələli şəkildə yeniləri ilə əvəz olunacaqlar".Qeyd edək ki, Bakı Metropoliteninin ümumilikdə 305 vaqonu var ki, onlardan 95-i yeni növdür. Bu isə o deməkdir ki, ümumilikdə 61 qatardan 19-u yeni nəsildir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438163979_46:0:954:681_1920x0_80_0_0_13ca7d8eda48611535abbf8f113919b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
bakı metropoliteni, vaqon, azərbaycan
bakı metropoliteni, vaqon, azərbaycan
Metropolitenin Rusiyadan aldığı yeni qatarlar Bakıya çatıb
Rusiyanın "Transmaşholdinq" SC-nin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsindən aldığı 2 yeni qatar Azərbaycan paytaxtına çatıb.
BAKI, 20 oktyabr — Sputnik. "Bakı Metropoliteni" QSC-nin Rusiyanın "Transmaşholdinq" SC-nin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsindən aldığı 2 yeni qatar Azərbaycan paytaxtına çatıb.
Bakı Metropoliteninin ekspert qrupu Rusiyanın "Metrovaqonmaş" ASC-dən alınan hər biri 10 vaqondan ibarət iki qatarı qəbul edib. Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, yeni qatarlar sazlandıqdan və sınaqdan keçirildikdən sonra xəttə buraxılacaq.
Yeni qatarların əsas üstünlük və fərqlərindən danışan metropoliten rəsmisi bildirib ki, 4-cü nəsil qatarlar mikroiqlim nəzarət sistemi ilə təchiz olunub:
"Bu qatarların kondisioner sistemi Bakı iqlimi nəzərə alınaraq istehsal olunub".
Qatarların əsas fərqli cəhətlərindən biri isə qapılarının daha enli olmasıdır: "Belə olan halda düşüb-minmək daha asan olur".
B.Məmmədovun sözlərinə görə, daha iki yeni qatar oktyabrda Bakıya gətiriləcək. Bununla da Bakı Metropolitenində yeni nəsil qatarların sayı 23-ə çatdırılacaq:
"Yeni qatarların istismar müddəti 30, köhnə qatarların istismar müddəti isə 31 ildir. Köhnə nəsil qatarların istismar müddəti başa çatdıqca onlar mərhələli şəkildə yeniləri ilə əvəz olunacaqlar".
Qeyd edək ki, Bakı Metropoliteninin ümumilikdə 305 vaqonu var ki, onlardan 95-i yeni növdür. Bu isə o deməkdir ki, ümumilikdə 61 qatardan 19-u yeni nəsildir.