Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda inşaat materiallarının satışı mağazasında yanğın baş verib

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın, arxiv şəkli
“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Abunə olmaq
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının inşaat materiallarının satışı mağazasında baş verdiyi müəyyən olunub.
BAKI, 20 oktyabr — Sputnik. Ötən gecə Bakı şəhərinin Xəzər rayonunda yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Xəzər Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının inşaat materiallarının satışı mağazasında baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində mağazanın giriş qapısı və içərisində 1 ədəd kondisioner yanıb, yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib.
Ümumi sahəsi 60 kv.m olan mağazanın böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Xəbər lenti
0