https://sputnik.az/20221019/zengilan-seherinde-ilk-yasayis-binasinin-temeli-qoyuldu-447646803.html
Zəngilan şəhərində ilk yaşayış binasının təməli qoyuldu
Zəngilan şəhərində ilk yaşayış binasının təməli qoyuldu
Sputnik Azərbaycan
Məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə ediləcək. 19.10.2022, Sputnik Azərbaycan
2022-10-19T19:53+0400
2022-10-19T19:53+0400
2022-10-19T22:52+0400
rusiya
zəngilan
prezident ilham əliyev
mehriban əliyeva
birinci xanım mehriban əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/13/447653685_0:61:974:609_1920x0_80_0_0_2bf8427e64042de1e3b964d1b2c44edc.jpg
BAKI, 19 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan şəhərində ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər.Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına və birinci xanıma binanın daxil olduğu yaşayış məhəlləsi barədə məlumat verib.Bildirilib ki, ümumi sahəsi 2.06 hektar olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Zəngilan şəhərinin mərkəzi küçəsində, məktəb və biznes zonanın yaxınlığında yerləşəcək, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun olacaq. Bu məhəllədə ümumilikdə 10 bina tikiləcək. Bunlardan 6-nın ikimərtəbəli, 4-nün isə üçmərtəbəli olması planlaşdırılır.Məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə ediləcək.Tədbirdə yaşayış məhəlləsi barədə videoçarx nümayiş olunub.Dövlətimizin başçısı Zəngilan şəhərində ilk yaşayış binasının təməlini qoyub.16:55Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan şəhərində ilk yaşayış binasının və məktəbin təməlqoyma mərasimində iştirak ediblər.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/13/447653685_41:0:933:669_1920x0_80_0_0_ff01e2d717e0c02da9828b786cd593af.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəngilan, prezident ilham əliyev, mehriban əliyeva, birinci xanım mehriban əliyeva
zəngilan, prezident ilham əliyev, mehriban əliyeva, birinci xanım mehriban əliyeva
Zəngilan şəhərində ilk yaşayış binasının təməli qoyuldu
19:53 19.10.2022 (Yenilənib: 22:52 19.10.2022) Məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə ediləcək.
BAKI, 19 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan şəhərində ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına və birinci xanıma binanın daxil olduğu yaşayış məhəlləsi barədə məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 2.06 hektar olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Zəngilan şəhərinin mərkəzi küçəsində, məktəb və biznes zonanın yaxınlığında yerləşəcək, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun olacaq. Bu məhəllədə ümumilikdə 10 bina tikiləcək. Bunlardan 6-nın ikimərtəbəli, 4-nün isə üçmərtəbəli olması planlaşdırılır.
Məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə ediləcək.
Tədbirdə yaşayış məhəlləsi barədə videoçarx nümayiş olunub.
Dövlətimizin başçısı Zəngilan şəhərində ilk yaşayış binasının təməlini qoyub.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan şəhərində ilk yaşayış binasının və məktəbin təməlqoyma mərasimində iştirak ediblər.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.