https://sputnik.az/20221018/seudiyye-erebistanindan-abs-a-daha-bir-zerbe-brks-e-qosulmaq-isteyir-447578327.html
Səudiyyə Ərəbistanından ABŞ-a daha bir zərbə: BRİKS-ə qoşulmaq istəyir
Səudiyyə Ərəbistanından ABŞ-a daha bir zərbə: BRİKS-ə qoşulmaq istəyir
Sputnik Azərbaycan
CAR Prezidenti bildirib ki, vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud Səudiyyə Ərəbistanının BRİKS-in bir hissəsi olmaq istəyini ifadə edib. 18.10.2022, Sputnik Azərbaycan
2022-10-18T22:49+0400
2022-10-18T22:49+0400
2022-10-18T22:49+0400
səudiyyə ərəbistanı
rusiya
brics
cənubi afrika
https://cdnn1.img.sputnik.az/img/42401/02/424010214_0:0:2981:1677_1920x0_80_0_0_2a727c966cb510eaa4f724188f2e671b.jpg
BAKI, 18 oktyabr — Sputnik. Səudiyyə Ərəbistanı BRİKS qrupuna (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulmaqda maraqlı olduğunu bildirib. Bunu Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa bildirib.CAR Prezidenti bildirib ki, vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud Səudiyyə Ərəbistanının BRİKS-in bir hissəsi olmaq istəyini ifadə edib:Ramaposa xatırladıb ki, Cənubi Afrika 2023-cü ildə BRİKS-ə sədrlik edəcək:"Gələn il Cənubi Afrika Respublikasının sədrliyi ilə BRİKS sammiti keçiriləcək və bu məsələyə baxılacaq. Bir sıra ölkələr BRİKS ilə təmasdadır. Biz onları əmin etdik ki, üzvlük məsələsi müzakirə olunacaq və qərar veriləcək".Ramaposanın Səudiyyə Ərəbistanına dövlət səfəri oktyabrın 16-da başa çatıb. Nəticədə iki ölkə hökumətləri arasında ümumi dəyəri 15 milyard dollar olan birgə layihələrə dair sazişlər və memorandumlar paketi imzalanıb.Cənubi Afrika 2011-ci ilin fevralında BRİKS-ə qoşulub.Bundan əvvəl Əlcəzair Prezidenti Abdelmajid Tebbun respublikanın BRİKS-ə qoşulmaqda maraqlı olduğunu bildirmişdi. 2022-ci ilin iyununda Argentina və İran assosiasiyaya qoşulmaq üçün müraciət ediblər. Daha sonra BRİKS Beynəlxalq Forumunun prezidenti Purnima Anand Misir, Səudiyyə Ərəbistanı və Türkiyənin də bu assosiasiyaya üzv olmaq üçün müraciət etməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, artıq növbəti sammitdə bu ölkələrin bəzilərinin qəbulu ilə bağlı müzakirələr aparıla və qərar qəbul oluna bilər.BRİKS-ə Braziliya, Rusiya, Hindistan, CAR və Çin daxildir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42401/02/424010214_0:0:2529:1897_1920x0_80_0_0_5b74ca726a7d2cb745f15c6d303bf86a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
səudiyyə ərəbistanı, brics, cənubi afrika
səudiyyə ərəbistanı, brics, cənubi afrika
Səudiyyə Ərəbistanından ABŞ-a daha bir zərbə: BRİKS-ə qoşulmaq istəyir
CAR Prezidenti bildirib ki, vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud Səudiyyə Ərəbistanının BRİKS-in bir hissəsi olmaq istəyini ifadə edib.
BAKI, 18 oktyabr — Sputnik. Səudiyyə Ərəbistanı BRİKS qrupuna (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulmaqda maraqlı olduğunu bildirib. Bunu Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa bildirib.
CAR Prezidenti bildirib ki, vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud Səudiyyə Ərəbistanının BRİKS-in bir hissəsi olmaq istəyini ifadə edib:
"Qeyd edək ki, Səudiyyə Ərəbistanı BRİKS-ə üzv olmaq istəyən yeganə ölkə deyil".
Ramaposa xatırladıb ki, Cənubi Afrika 2023-cü ildə BRİKS-ə sədrlik edəcək:
"Gələn il Cənubi Afrika Respublikasının sədrliyi ilə BRİKS sammiti keçiriləcək və bu məsələyə baxılacaq. Bir sıra ölkələr BRİKS ilə təmasdadır. Biz onları əmin etdik ki, üzvlük məsələsi müzakirə olunacaq və qərar veriləcək".
Ramaposanın Səudiyyə Ərəbistanına dövlət səfəri oktyabrın 16-da başa çatıb. Nəticədə iki ölkə hökumətləri arasında ümumi dəyəri 15 milyard dollar olan birgə layihələrə dair sazişlər və memorandumlar paketi imzalanıb.
Cənubi Afrika 2011-ci ilin fevralında BRİKS-ə qoşulub.
Bundan əvvəl Əlcəzair Prezidenti Abdelmajid Tebbun respublikanın BRİKS-ə qoşulmaqda maraqlı olduğunu bildirmişdi. 2022-ci ilin iyununda Argentina və İran assosiasiyaya qoşulmaq üçün müraciət ediblər. Daha sonra BRİKS Beynəlxalq Forumunun prezidenti Purnima Anand Misir, Səudiyyə Ərəbistanı və Türkiyənin də bu assosiasiyaya üzv olmaq üçün müraciət etməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, artıq növbəti sammitdə bu ölkələrin bəzilərinin qəbulu ilə bağlı müzakirələr aparıla və qərar qəbul oluna bilər.
BRİKS-ə Braziliya, Rusiya, Hindistan, CAR və Çin daxildir.