Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sabah Rusiya Təhlükəsizlik Şurasının iclası keçiriləcək

© Sputnik / Константин ЗавражинRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.10.2022
Abunə olmaq
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər müzakirə olunacaq.
BAKI, 18 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin oktyabrın 19-da Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə iclasını keçirəcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Prezidenti Vladimir Putin oktyabrın 19-da videokonfrans vasitəsilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasını keçirəcək. Miqrasiya sahəsində milli təhlükəsizliyə təhdidlərin neytrallaşdırılması və ölkənin sosial-iqtisadi inkişafı və ictimai-siyasi sabitliyi naminə miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı məsələlərə baxılması nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
O da qeyd olunur ki, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev tədbirdə məruzə ilə çıxış edəcək.
Xəbər lenti
0