Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Peskov İran dronları ilə bağlı suala belə cavab verdi

© Sputnik / Сергей ГунеевRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov  - Sputnik Azərbaycan, 1920, 18.10.2022
Abunə olmaq
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib ki, xüsusi hərbi əməliyyat zamanı Rusiya texnikasından istifadə olunur.
BAKI, 18 oktyabr — Sputnik. Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı Rusiya hərbçilərinin İrana məxsus pilotsuz uçuş aparatlarından istifadə etməsi barədə məlumatım yoxdur. Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovdan Rusiyanın Ukraynadakı əməliyyatlarda İrana məxsus pilotsuz təyyarələrdən istifadə etdiyinə dair xəbərlərə münasibət bildirməsi istənilib. Mətbuat katibindən Rusiya Federasiyasının İrandan pilotsuz təyyarələr alıb-almadığı soruşulub.
"Xeyr, bizdə belə bir məlumat yoxdur. Xüsusi hərbi əməliyyat zamanı Rusiya texnikasından istifadə olunur, bu barədə bilirsiniz. Bütün digər suallar isə Müdafiə Nazirliyinə ünvanlana bilər", - Peskov bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Xəbər lenti
0