Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın Su-25-ləri KTMT təlimləri üçün Qırğızıstandan Tacikistana təhvil verilib

© Sputnik / Vitaly Timkiv / Mediabanka keçidSU-25 qırıcısı, arxiv şəkli
SU-25 qırıcısı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.10.2022
Abunə olmaq
Birgə təlimlərin aktiv mərhələsi oktyabrın 17-dən 21-dək baş tutacaq.
BAKI, 17 oktyabr — Sputnik. Rusiyanın Kant birləşmiş hərbi bazasının Su-25 hücum təyyarələri Mərkəzi Asiya regionunun "Sərhəd-2022" Kollektiv Çevik Yerləşdirmə Qüvvələri ilə birgə təlimlər keçirmək üçün Qırğızıstandan Tacikistana gətirilib. Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) təlimlərinin birgə mətbuat mərkəzi məlumat yayıb.
"Heyətlər Tacikistanın cənubundakı dağlıq səhra ərazisində hədəflərə raket zərbələri endirmək üzrə məşq edəcək. Birgə təlimlərin aktiv mərhələsi oktyabrın 17-dən 21-dək baş tutacaq", - deyə məlumatda bildirilir.
Mətbuat mərkəzində onu da qeyd ediblər ki, təlimlərdə 201-ci hərbi bazanın hava qrupunun Mi-24 hücum helikopterləri və Mi-8MTV5-1 döyüş-nəqliyyat helikopterləri də iştirak edirlər.
KTMT-nin məlumatına görə, pilotlar hədəfləri axtarıb təsnif edəcək, idarə olunmayan aviasiya raketlərini buraxacaq, maşın karvanını və şərti düşmənin komanda məntəqəsini imitasiya edən hədəflərə 30 mm-lik toplardan atəş açacaqlar. Bundan başqa, əsas qüvvələrin döyüş potensialının gücləndirilməsi məqsədilə Mi-8MTV5-1 hərbi-nəqliyyat helikopterlərinin rusiyalı pilotları hava desantının çıxarılmasını taktiki üsulla yerinə yetirəcəklər.
"Praktiki fəaliyyətdə KTMT-nin Mərkəzi Asiya regionunda iştirak edən ölkələrin hərbi kontingentləri, Birləşmiş Qərargahın əməliyyat qrupları və təşkilatın Katibliyi iştirak edəcək. Rusiya kontingentinin əsasını 201-ci hərbi bazanın tərkibindən olan Mərkəzi Asiya qüvvələrinin hərbi qulluqçuları təşkil edir", - deyə mətbuat mərkəzindən bildirilib.
Tacikistandakı təlim iştirakçılarının ümumi sayı təxminən 1000 nəfər, 300-dən çox hərbi və xüsusi texnika, o cümlədən təyyarə, vertolyot və pilotsuz uçan aparatlar təşkil edəcək. "İştirakçılar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan ölkənin ərazisinə soxulmuş qanunsuz silahlı birləşmələrin məhv edilməsi üzrə birgə əməliyyatın hazırlanması və həyata keçirilməsini hazırlamalı olacaqlar", – deyə KTMT-dən bildirilib.
Xəbər lenti
0