https://sputnik.az/20221017/azpetrol-hadrutda-yanacaqdoldurma-menteqesini-istifadeye-verib-447530355.html
“Azpetrol” Hadrutda yanacaqdoldurma məntəqəsini istifadəyə verib
“Azpetrol” Hadrutda yanacaqdoldurma məntəqəsini istifadəyə verib
Sputnik Azərbaycan
İşğaldan azad olunmuş Qarabağ torpağında ilk yanacaqdoldurma məntəqəsi avqustun 18-də istismara verilmişdi. 17.10.2022, Sputnik Azərbaycan
2022-10-17T10:16+0400
2022-10-17T10:16+0400
2022-10-17T10:52+0400
qarabağ
hadrut
yanacaqdoldurma məntəqəsi
"azpetrol ltd" mmc
https://cdnn1.img.sputnik.az/img/42340/40/423404094_0:0:1490:838_1920x0_80_0_0_97c5421c5480da63f192fc4237dc911d.jpg
BAKI, 17 oktyabr — Sputnik. Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan "Azpetrol" şirkəti, strateji inkişaf planına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə 2-ci, respublika üzrə isə 96-cı yanacaqdoldurma məntəqəsini (YDM) istismara verib.Şirkətdən məlumat verilib ki, işğaldan azad edilən ərazilərdə "Azpetrol" brendi altında fəaliyyət göstərən növbəti səyyar (modul) tipli YDM Hadrut qəsəbəsində yerləşir.Burada "Aİ-92", "Premium" və "Dizel" yanacaq növlərinin satışı həyata keçiriləcək. YDM ərazisində 5 yeni iş yeri yaradılıb. Zəngilanın Ağalı kəndi ərazisində avqust ayından fəaliyyət göstərən YDM-in işçilərini nəzərə alaraq, "Azpetrol" şirkəti Qarabağ ərazisində artıq 10 daimi iş yerinin açılmasını təmin edib.Qeyd edək ki, "Azpetrol" şirkətinin ilk YDM-i - "Spartak", 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Şirkətin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 96 YDM-i, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən müasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 neftbazası, yanacaqdaşıyan maşınlar üçün avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün avtosahə mövcuddur.Fəaliyyət göstərən YDM-lərdə 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.Xatırladaq ki, “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, işğaldan azad olunmuş Qarabağ torpağında ilk yanacaqdoldurma məntəqəsini avqustun 18-də istismara verib.Sayca 94-cü və ilk səyyar (modul) tipli yanacaqdoldurma məntəqəsi Zəngilan rayonunun Ağalı kəndi ərazisində yerləşir.Yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və dizel yanacaq növlərinin satışı həyata keçirilir. Bununla da, “Azpetrol” şirkəti Qarabağ ərazisində 5 yeni iş yerinin açılmasını təmin edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42340/40/423404094_219:0:1490:953_1920x0_80_0_0_130f6bbfa3b8d94faf717e5495122733.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
hadrut, yanacaqdoldurma məntəqəsi, "azpetrol ltd" mmc
hadrut, yanacaqdoldurma məntəqəsi, "azpetrol ltd" mmc
“Azpetrol” Hadrutda yanacaqdoldurma məntəqəsini istifadəyə verib
10:16 17.10.2022 (Yenilənib: 10:52 17.10.2022) İşğaldan azad olunmuş Qarabağ torpağında ilk yanacaqdoldurma məntəqəsi avqustun 18-də istismara verilmişdi.
BAKI, 17 oktyabr — Sputnik. Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan "Azpetrol" şirkəti, strateji inkişaf planına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə 2-ci, respublika üzrə isə 96-cı yanacaqdoldurma məntəqəsini (YDM) istismara verib.
Şirkətdən məlumat verilib ki, işğaldan azad edilən ərazilərdə "Azpetrol" brendi altında fəaliyyət göstərən növbəti səyyar (modul) tipli YDM Hadrut qəsəbəsində yerləşir.
Burada "Aİ-92", "Premium" və "Dizel" yanacaq növlərinin satışı həyata keçiriləcək. YDM ərazisində 5 yeni iş yeri yaradılıb. Zəngilanın Ağalı kəndi ərazisində avqust ayından fəaliyyət göstərən YDM-in işçilərini nəzərə alaraq, "Azpetrol" şirkəti Qarabağ ərazisində artıq 10 daimi iş yerinin açılmasını təmin edib.
Qeyd edək ki, "Azpetrol" şirkətinin ilk YDM-i - "Spartak", 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Şirkətin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 96 YDM-i, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən müasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 neftbazası, yanacaqdaşıyan maşınlar üçün avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün avtosahə mövcuddur.
Fəaliyyət göstərən YDM-lərdə 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.
Xatırladaq ki, “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, işğaldan azad olunmuş Qarabağ torpağında ilk yanacaqdoldurma məntəqəsini avqustun 18-də istismara verib.
Sayca 94-cü və ilk səyyar (modul) tipli yanacaqdoldurma məntəqəsi Zəngilan rayonunun Ağalı kəndi ərazisində yerləşir.
Yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və dizel yanacaq növlərinin satışı həyata keçirilir. Bununla da, “Azpetrol” şirkəti Qarabağ ərazisində 5 yeni iş yerinin açılmasını təmin edib.