Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

© Sputnik / Nikolay Khizhnyak / Mediabanka keçidРемонтные работы на дороге, фото из архива
Ремонтные работы на дороге, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.10.2022
Abunə olmaq
İşlərin aparıldığı müddət ərzində iş aparılan zolaq üzrə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
BAKI, 16 oktyabr - Sputnik. 17 oktyabr saat 09:00-dan 19 oktyabr saat 20:00–dək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin 16-cı və Tofiq Məmmədov küçələrində təmir işləri aparılacaq.
İşlərin aparıldığı müddət ərzində iş aparılan zolaq üzrə (digər hərəkət zolağı açıq qalacaq) nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Xəbər lenti
0