Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın Belqoroddakı hərbi hissəsində terror aktı törədilib: ölən və yaralananlar var

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidAvtomat və güllələlər, arxiv şəkli
Avtomat və güllələlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.10.2022
Abunə olmaq
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, terrorçular xüsusi əməliyyatda iştirak etmək arzusunda olan şəxslərlə atışma məşqi zamanı bölmənin şəxsi heyətinə silahlardan atəş açıblar.
BAKI, 15 oktyabr - Sputnik. MDB ölkələrindən birinin iki vətəndaşı Belqorod vilayətində Qərb Hərbi Dairəsinin poliqonunda terror aktı törədiblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Oktyabrın 15-də MDB ölkələrindən birinin iki vətəndaşı Belqorod vilayətində Qərb Hərbi Dairəsinin poliqonunda terror aktı törədib", - məlumatda deyilir.
Rusiya Müdafiə Nazirliyi ölkənin Belqorod vilayətindəki hərbi hissədə baş verən insidenti terror aktı adlandıraraq hadisədə 11 nəfərin öldüyünü, 15 nəfərin isə yaralandığını açıqlayıb.
Hadisənin Ukraynada xüsusi hərbi əməliyyatda iştirak etmək istəyən könüllülərlə atışma təlimi zamanı baş verdiyi dəqiqləşdirilir. Hücum edənlər bölmələrdən birinin şəxsi heyətinə atıcı silahlardan atəş açıblar.
“Atışma nəticəsində 11 nəfər ölüb. Daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə aparılıb. Onlara bütün lazımi yardımlar göstərilib”.
Nazirlik hər iki terrorçunun atışma nəticəsində öldürüldüyünü bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
***
Rusiyanın Ukrayna ilə sərhədyanı bölgədə yerləşən Belqorod vilayətində hərbi hissədə atışma olub.
Bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.
“Baza”nın məlumatına görə, hadisə nəticəsində ölənlər və yaralananlar var.
Eyni zamanda “SOTA” Telegram kanalı öz mənbələrinə istinadən 22 nəfərin öldüyü, 16 nəfərin isə yaralandığını açıqlayıb. Bununla belə, atəş açan hərbçilərin sayı 3 nəfər olub. Onlardan ikisi yerindəcə öldürülüb, 1-i isə qaça bilib.
Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib (Report).
Xəbər lenti
0