https://sputnik.az/20221015/makron-basqalarini-ittiham-ederken-fransanin-afrikada-toretdiyi-soyqirimlari-unutmamalidir-447506325.html
Makron başqalarını ittiham edərkən Fransanın Afrikada törətdiyi soyqırımları unutmamalıdır
Makron başqalarını ittiham edərkən Fransanın Afrikada törətdiyi soyqırımları unutmamalıdır
Sputnik Azərbaycan
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev müdrik və nəcib görünməyə çalışan Makrona Fransanın Malidə, Ruandada, Konqoda... 15.10.2022, Sputnik Azərbaycan
2022-10-15T22:11+0400
2022-10-15T22:11+0400
2022-10-15T22:11+0400
rusiya
dmitri medvedev
fransa
fransa prezidenti emmanuel makron
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440813323_0:0:2199:1237_1920x0_80_0_0_e79bf53ffd3c2b99b1458d1085a1847d.jpg
BAKI, 15 oktyabr - Sputnik. Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Qafqazda dağıdıcı rolu barədə bəyanatı Fransanın özünün iyrənc müstəmləkə keçmişindən qaynaqlanır.Bu fikri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “VKontakte” sosial şəbəkəsindəki səhifəsində bildirib.“Avropa siyasətinin sevimli üsulu öz günahını kiminsə üstünə atmaqdır. Fransa prezidenti Emmanuel Makronun son bəyanatına başqa izah verməyə ehtiyac yoxdur”, - Medvedev yazıb.Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Fransa liderinin Rusiyanı Ermənistan-Azərbaycan sərhəddində sabitliyi pozmaqda ittiham etməsini də xatırladıb.“Bəyanat daha çox yanlışdır”, - deyə Medvedev əlavə edib.O xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin artıq Makronun bu sözlərini təhrif və qəbuledilməz adlandırıb:“Makron, əslində, Rusiyanı günahlandırmadı, əksinə, özünə haqq qazandırdı”Onun sözlərinə görə, Fransa prezidenti müdrik və nəcib görünməyə çalışır. Lakin Fransanın özünün 1960-cı illərin sonundan bəri keçmiş müstəmləkələrində necə davrandığını xatırlamaq lazımdır.“Malidə, Ruandada, Konqoda, Əlcəzairdə qan su yerinə axdı. Makron özü bir vaxtlar Afriakda Tutsi soyqırımına görə üzr istəyib. Bu tayfada insanların başları kəsildi və tamamilə kəndlər məhv edildi. Quyular cəsədlə dolu idi. Fransa hökumətinin illər boyu siyasəti “parçala höküm sür” olub”, - deyə Medvedev əlavə edib.Onun postu iki dildə - rus və fransız dillərində paylaşılıb. Lakin paylaşılan mətnin rusca olan hissəsinin sonuna Medvedev fransız dilində belə bir cümlə əlavə edib: C'est une honte, Monsieur le Président! (“Ayıbdır, cənab Prezident!”) (APA).Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron “France 2” telekanalının efirində Rusiyanı Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün Ermənistan və Azərbaycan arasında son toqquşmaları qəsdən təhrik etməkdə ittiham edib.
https://sputnik.az/20221014/xn-makronun-seslendirdiyi-fikirler-onun-qerezsizliyini-sual-altinda-alir-447465565.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440813323_35:0:2026:1493_1920x0_80_0_0_a91ae702c7fa3bdd2562454de3ee0d85.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dmitri medvedev, fransa, fransa prezidenti emmanuel makron
dmitri medvedev, fransa, fransa prezidenti emmanuel makron
Makron başqalarını ittiham edərkən Fransanın Afrikada törətdiyi soyqırımları unutmamalıdır
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev müdrik və nəcib görünməyə çalışan Makrona Fransanın Malidə, Ruandada, Konqoda, Əlcəzairdə qanı su yerinə axıtdığını xatırlatdı.
BAKI, 15 oktyabr - Sputnik. Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Qafqazda dağıdıcı rolu barədə bəyanatı Fransanın özünün iyrənc müstəmləkə keçmişindən qaynaqlanır.
Bu fikri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “VKontakte” sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Avropa siyasətinin sevimli üsulu öz günahını kiminsə üstünə atmaqdır. Fransa prezidenti Emmanuel Makronun son bəyanatına başqa izah verməyə ehtiyac yoxdur”, - Medvedev yazıb.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Fransa liderinin Rusiyanı Ermənistan-Azərbaycan sərhəddində sabitliyi pozmaqda ittiham etməsini də xatırladıb.
“Bəyanat daha çox yanlışdır”, - deyə Medvedev əlavə edib.
O xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin artıq Makronun bu sözlərini təhrif və qəbuledilməz adlandırıb:
“Makron, əslində, Rusiyanı günahlandırmadı, əksinə, özünə haqq qazandırdı”
Onun sözlərinə görə, Fransa prezidenti müdrik və nəcib görünməyə çalışır. Lakin Fransanın özünün 1960-cı illərin sonundan bəri keçmiş müstəmləkələrində necə davrandığını xatırlamaq lazımdır.
“Malidə, Ruandada, Konqoda, Əlcəzairdə qan su yerinə axdı. Makron özü bir vaxtlar Afriakda Tutsi soyqırımına görə üzr istəyib. Bu tayfada insanların başları kəsildi və tamamilə kəndlər məhv edildi. Quyular cəsədlə dolu idi. Fransa hökumətinin illər boyu siyasəti “parçala höküm sür” olub”, - deyə Medvedev əlavə edib.
Onun postu iki dildə - rus və fransız dillərində paylaşılıb. Lakin paylaşılan mətnin rusca olan hissəsinin sonuna Medvedev fransız dilində belə bir cümlə əlavə edib: C'est une honte, Monsieur le Président! (“Ayıbdır, cənab Prezident!”) (APA).
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron “France 2” telekanalının efirində Rusiyanı Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün Ermənistan və Azərbaycan arasında son toqquşmaları qəsdən təhrik etməkdə ittiham edib.