https://sputnik.az/20221015/bakida-ictimai-neqliyyatin-dozulmez-veziyyeti-bas-naziri-musavire-kecirmeye-vadar-edib----447491634.html
Bakıda ictimai nəqliyyatın dözülməz vəziyyəti Baş naziri müşavirə keçirməyə vadar edib
Bakıda ictimai nəqliyyatın dözülməz vəziyyəti Baş naziri müşavirə keçirməyə vadar edib
Sputnik Azərbaycan
Bakı şəhərində avtomobil nəqliyyatı sahəsində mövcud olan və qısa müddət ərzində həlli mümkün sayılan problemlərə dair Tədbirlər Planının ilkin layihəsi təhlil... 15.10.2022, Sputnik Azərbaycan
2022-10-15T11:20+0400
2022-10-15T11:20+0400
2022-10-15T11:20+0400
paytaxt xəbərləri
əli əsədov
metropoliten
bakı metropoliteni
https://cdnn1.img.sputnik.az/img/42204/82/422048212_0:72:1835:1104_1920x0_80_0_0_5cbf57bbc12eae0ea2ca7895c6315b4f.jpg
BAKI, 15 oktyabr - Sputnik. Nazirlər Kabinetində Bakı şəhərində ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsinə dair işçi müşavirə keçirilib. Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Bakı şəhərində nəqliyyatın vəziyyətinə dair işçi müşavirə keçirilib.Müşavirədə cari ilin 03 oktyabr tarixində keçirilmiş geniş müşavirə zamanı ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti müzakirə olunub. Müzakirə zamanı ötən müşavirədə verilmiş tapşırığa əsasən hazırlanmış, Bakı şəhərində avtomobil nəqliyyatı sahəsində mövcud olan və qısa müddət ərzində həlli mümkün sayılan problemlərə dair Tədbirlər Planının ilkin layihəsi təhlil edilib.Tədbirlər Palnına yolların buraxılış imkanlarının artırılması, ictimai nəqliyyatın daşıma potensialının genişləndirilməsi, yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi və başqa məsələlər daxildir.Müşavirədə habelə ictimai nəqliyyat sahəsində struktur islahatlarının davam etdirilməsi, inzibati, infrastruktur və təşkilatı tədbirlərlə bağlı məsələlər müzakirə olundu və konkret zaman ərzində yerinə yetirilməli olan tapşırıqlar verilib.Qeyd edək ki, ictimai nəqliyyatda sıxlıq ciddi narazılığa səbəb olub. Xeyli müddətdir ki, metroya sərnişinlər sıxlıq yarandığından hissə-hissə buraxılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42204/82/422048212_134:0:1702:1176_1920x0_80_0_0_dd69ab697232517ebcb157c49366a24e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
əli əsədov, metropoliten, bakı metropoliteni
əli əsədov, metropoliten, bakı metropoliteni
Bakıda ictimai nəqliyyatın dözülməz vəziyyəti Baş naziri müşavirə keçirməyə vadar edib
Bakı şəhərində avtomobil nəqliyyatı sahəsində mövcud olan və qısa müddət ərzində həlli mümkün sayılan problemlərə dair Tədbirlər Planının ilkin layihəsi təhlil edilib.
BAKI, 15 oktyabr - Sputnik. Nazirlər Kabinetində Bakı şəhərində ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsinə dair işçi müşavirə keçirilib.
Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Bakı şəhərində nəqliyyatın vəziyyətinə dair işçi müşavirə keçirilib.
Müşavirədə cari ilin 03 oktyabr tarixində keçirilmiş geniş müşavirə zamanı ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti müzakirə olunub.
Müzakirə zamanı ötən müşavirədə verilmiş tapşırığa əsasən hazırlanmış, Bakı şəhərində avtomobil nəqliyyatı sahəsində mövcud olan və qısa müddət ərzində həlli mümkün sayılan problemlərə dair Tədbirlər Planının ilkin layihəsi təhlil edilib.
Tədbirlər Palnına yolların buraxılış imkanlarının artırılması, ictimai nəqliyyatın daşıma potensialının genişləndirilməsi, yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi və başqa məsələlər daxildir.
Müşavirədə habelə ictimai nəqliyyat sahəsində struktur islahatlarının davam etdirilməsi, inzibati, infrastruktur və təşkilatı tədbirlərlə bağlı məsələlər müzakirə olundu və konkret zaman ərzində yerinə yetirilməli olan tapşırıqlar verilib.
Qeyd edək ki, ictimai nəqliyyatda sıxlıq ciddi narazılığa səbəb olub. Xeyli müddətdir ki, metroya sərnişinlər sıxlıq yarandığından hissə-hissə buraxılır.