https://sputnik.az/20221014/putin-azerbaycan-ve-ermenistan-liderlerini-rusiyaya-devet-edib-447459980.html
Putin Azərbaycan və Ermənistan liderlərini Rusiyaya dəvət edib
Putin Azərbaycan və Ermənistan liderlərini Rusiyaya dəvət edib
Sputnik Azərbaycan
Kreml rəhbəri bu təkliflə oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edib. 14.10.2022, Sputnik Azərbaycan
2022-10-14T11:51+0400
2022-10-14T11:51+0400
2022-10-14T12:42+0400
rusiya prezidenti vladimir putin
rusiya
prezident ilham əliyev
ermənistanın baş naziri nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0b/425931102_0:0:3081:1734_1920x0_80_0_0_0133f0760bbbc6e7ed364e6051207c5f.jpg
BAKI, 14 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyaya görüşə dəvət edib.Kreml rəhbəri bu təkliflə oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edib.Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.Prezident İlham Əliyev rusiyalı həmkarına Azərbaycanın bölgədə uzunmüddətli sülhün əldə olunmasına kökləndiyini deyib."Biz uzunmüddətli sülhə köklənmişik və hesab edirik ki, sülhün nəhayət ki əldə olunması üçün tərəfimizdən yetərincə konstruktiv tezislər irəli sürülüb", - deyə İlham Əliyev qeyd edib.Vladimir Putin isə öz növbəsində deyib ki, Rusiya Ermənistan-Azərbaycan nizamlanması məsələlərini daim diqqətdə saxlayır."Ümid edirəm ki, biz bu fürsətdən yararlanaraq, bütün məsələləri yenidən müzakirə edib və mövqelərimizi uzlaşdırarıq", - Putin İlham Əliyevlə görüşdə deyib.Rusiya baş nazirinin müavini Aleksey Overçukun sözlərinə görə, Vladimir Putin həmkarı İlham Əliyevlə Ermənistanla üçtərəfli sammit məsələsini müzakirə etməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0b/425931102_68:0:2799:2048_1920x0_80_0_0_414d1ba202ebe61d74bce1d36533907a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, prezident ilham əliyev, ermənistanın baş naziri nikol paşinyan
rusiya prezidenti vladimir putin, prezident ilham əliyev, ermənistanın baş naziri nikol paşinyan
Putin Azərbaycan və Ermənistan liderlərini Rusiyaya dəvət edib
11:51 14.10.2022 (Yenilənib: 12:42 14.10.2022) Kreml rəhbəri bu təkliflə oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edib.
BAKI, 14 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyaya görüşə dəvət edib.
Kreml rəhbəri bu təkliflə oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edib.
Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.
Prezident İlham Əliyev rusiyalı həmkarına Azərbaycanın bölgədə uzunmüddətli sülhün əldə olunmasına kökləndiyini deyib.
"Biz uzunmüddətli sülhə köklənmişik və hesab edirik ki, sülhün nəhayət ki əldə olunması üçün tərəfimizdən yetərincə konstruktiv tezislər irəli sürülüb", - deyə İlham Əliyev qeyd edib.
Vladimir Putin isə öz növbəsində deyib ki, Rusiya Ermənistan-Azərbaycan nizamlanması məsələlərini daim diqqətdə saxlayır.
"Ümid edirəm ki, biz bu fürsətdən yararlanaraq, bütün məsələləri yenidən müzakirə edib və mövqelərimizi uzlaşdırarıq", - Putin İlham Əliyevlə görüşdə deyib.
Rusiya baş nazirinin müavini Aleksey Overçukun sözlərinə görə, Vladimir Putin həmkarı İlham Əliyevlə Ermənistanla üçtərəfli sammit məsələsini müzakirə etməyib.