https://sputnik.az/20221014/bas-nazir-zengilan-hava-limani-ile-bagli-serencam-imzaladi-447474702.html
Baş nazir Zəngilan Hava Limanı ilə bağlı sərəncam imzaladı
Baş nazir Zəngilan Hava Limanı ilə bağlı sərəncam imzaladı
Sputnik Azərbaycan
Xarici İşlər Nazirliyinə Zəngilan Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərməsi ilə bağlı tapşırıq... 14.10.2022, Sputnik Azərbaycan
2022-10-14T18:51+0400
2022-10-14T18:51+0400
2022-10-14T18:51+0400
qarabağ
baş nazir
zəngilan
hava limanı
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434690593_0:116:3229:1932_1920x0_80_0_0_c76e7071968103d6806ba3f1f76ff513.jpg
BAKI, 14 oktyabr — Sputnik. Baş nazir Əli Əsədov Zəngilan Hava Limanına beynəlxalq status verilməsi barədə sərəncam imzalayıb.Sərəncamda deyilir ki, Zəngilan rayonunda tikintisi başa çatdırılmış, beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən hava limanına beynəlxalq status verilsin.Xarici İşlər Nazirliyinə Zəngilan Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərməsi ilə bağlı tapşırıq verilib.Zəngilan Hava Limanı üçün ICAO və IATA-nın beynəlxalq kodları (müvafiq olaraq UBBZ və ZZE), həmçinin EUROCONTROL təşkilatının naviqasiya vasitələrinin bütün çağırış siqnalları təyin edilib.Aeroportun uçuş-enmə zolağının uzunluğu və eni müvafiq olaraq 3 000 metr və 60 metrdir. Obyekt ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri, işıq-texniki sistemlər, birincili və ikincili müşahidə radiolokasiya stansiyası ilə tam təchiz edilib.Perronun sahəsi 60 min kvadrat metrdir.Zəngilan Hava Limanı texniki cəhətdən tam komplektləşdirilib, bütün tələb olunan aeronaviqasiya avadanlıqları ilə təmin edilib, hava hərəkətini avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilən HHİ qülləsinin tikintisi başa çatdırılıb.Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad edilən Azərbaycan ərazisində Füzuli Beynəlxalq Hava Limanından sonra inşa olunmuş 2-ci hava limanıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434690593_249:0:2980:2048_1920x0_80_0_0_dfb89190131a813629b63b2c3136e7b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş nazir, zəngilan, hava limanı
baş nazir, zəngilan, hava limanı
Baş nazir Zəngilan Hava Limanı ilə bağlı sərəncam imzaladı
Xarici İşlər Nazirliyinə Zəngilan Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərməsi ilə bağlı tapşırıq verilib.
BAKI, 14 oktyabr — Sputnik. Baş nazir Əli Əsədov Zəngilan Hava Limanına beynəlxalq status verilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Zəngilan rayonunda tikintisi başa çatdırılmış, beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən hava limanına beynəlxalq status verilsin.
Xarici İşlər Nazirliyinə Zəngilan Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərməsi ilə bağlı tapşırıq verilib.
Zəngilan Hava Limanı üçün ICAO və IATA-nın beynəlxalq kodları (müvafiq olaraq UBBZ və ZZE), həmçinin EUROCONTROL təşkilatının naviqasiya vasitələrinin bütün çağırış siqnalları təyin edilib.
Aeroportun uçuş-enmə zolağının uzunluğu və eni müvafiq olaraq 3 000 metr və 60 metrdir. Obyekt ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri, işıq-texniki sistemlər, birincili və ikincili müşahidə radiolokasiya stansiyası ilə tam təchiz edilib.
Perronun sahəsi 60 min kvadrat metrdir.
Zəngilan Hava Limanı texniki cəhətdən tam komplektləşdirilib, bütün tələb olunan aeronaviqasiya avadanlıqları ilə təmin edilib, hava hərəkətini avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilən HHİ qülləsinin tikintisi başa çatdırılıb.
Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad edilən Azərbaycan ərazisində Füzuli Beynəlxalq Hava Limanından sonra inşa olunmuş 2-ci hava limanıdır.