Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya Silahlı Qüvvələrinin Ukrayna əsirliyində olan hərbçiləri azad edilib

© REUTERS / ALEXANDER ERMOCHENKORusiya hərbçiləri, arxiv şəkli
Rusiya hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.10.2022
Abunə olmaq
Onlar qısa zaman ərzində müalicə və reabilitasiya olunmaq üçün Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində yerləşdiriləcəklər.
BAKI, 13 oktyabr - Sputnik. Ukraynanın əsirliyində olan 20 nəfər Rusiya Silahlı Qüvvələrinin hərbçisi azad edilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, azad olunmuş şəxslərin hər birinə lazımi psixoloji və tibbi yardım göstərilir.
Onlar qısa zaman ərzində müalicə və reabilitasiya olunmaq üçün Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində yerləşdiriləcəklər.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Xəbər lenti
0