Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Azərbaycanın aparıcı ticarət və iqtisadi tərəfdaşlarından biri olaraq qalır - Putin

© Sputnik / POOL / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 13.10.2022
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin Astanada azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə deyib ki, bir sıra perspektivli və maraqlı layihələr üzərində hökumətlər səviyyəsində iş gedir.
BAKI, 13 oktyabr - Sputnik. Rusiya Azərbaycanın aparıcı ticarət və iqtisadi tərəfdaşlarından biri olaraq qalır.
Bunu Rusiya Prezidenti Vladimir Putin Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Müxtəlif sahələrdə kifayət qədər böyük bir qarşılıqlı əlaqənin olduğunu bildirən Rusiya lideri qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi artır:
"Keçən il hesab edirəm ki, 14 faiz, bu il isə ilk yeddi ayda yeddi faizdən çox artıb. İqtisadi operatorlarımız Azərbaycan iqtisadiyyatına 4,5 milyard dollar sərmayə qoyublar. Hökumətlərarası komissiyanın həmsədrləri mütəmadi olaraq görüşlər keçirirlər və sizin təklif etdiyiniz bir sıra perspektivli və maraqlı layihələr üzərində, fikrimcə, 2024-cü ilə qədər hesablanmış plana əsasən iş gedir".
"Təbii ki, biz regionda vəziyyətin nizamlanması ilə bağlı məsələləri daim diqqətdə saxlayırıq", - Putin əlavə edib.
***
Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.
Prezident İlham Əliyev rusiyalı həmkarına Azərbaycanın bölgədə uzunmüddətli sülhün əldə olunmasına kökləndiyini deyib.
"Biz uzunmüddətli sülhə köklənmişik və hesab edirik ki, sülhün nəhayət ki əldə olunması üçün tərəfimizdən yetərincə konstruktiv tezislər irəli sürülüb”, - deyə İlham Əliyev qeyd edib.
Vladimir Putin isə öz növbəsində deyib ki, Rusiya Ermənistan-Azərbaycan nizamlanması məsələlərini daim diqqətdə saxlayır.
"Ümid edirəm ki, biz bu fürsətdən yararlanaraq, bütün məsələləri yenidən müzakirə edib və mövqelərimizi uzlaşdırarıq", - Putin İlham Əliyevlə görüşdə deyib.
Rusiya baş nazirinin müavini Aleksey Overçukun sözlərinə görə, Vladimir Putin həmkarı İlham Əliyevlə Ermənistanla üçtərəfli sammit məsələsini müzakirə etməyib.
Xəbər lenti
0