Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Qərb diplomatik terror üsullarını həyasızcasına tətbiq edib - Lavrov

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian FederationSerqey Lavrov
Serqey Lavrov - Sputnik Azərbaycan, 1920, 13.10.2022
Abunə olmaq
Xarici işlər naziri bildirib ki, Rusiya təmas və danışıqlar üçün ciddi təklifdən imtina etmir və etməyib, lakin heç kim sağlam təşəbbüslər irəli sürmür.
BAKI, 13 oktyabr — Sputnik. Qərb ölkələri BMT Baş Assambleyasının anti-Rusiya qətnaməsinin qəbul edilməsini yalnız diplomatik terror və açıq-aşkar əlbir olmaqla təmin edə bildilər. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirirb.
"Qərb diplomatik terror üsullarını həyasızcasına tətbiq edib, inkişaf etməkdə olan ölkələrin qollarını bağlayaraq, hər cür cəzalarla hədələyirlər. Ancaq belə üstüörtülü şantaj və hədələrlə nəticəni təmin edə bildilər. Hamımız bunu çox yaxşı başa düşürük. Amerikalıların heç kimə nəsə deməmələri, hər kəsin özü səs verməsi barədə açıqlamaları yalandır. Onlar da bunu bilirlər", -deyə Lavrov qeyd edib.
Sergey Lavrov bildirib ki, Rusiya təmas və danışıqlar üçün ciddi təklifdən imtina etmir və imtina etməyib, lakin heç kim sağlam təşəbbüslər irəli sürmür.
"Bütün bunlar haqqında danışılır. Guya kimsə bizimlə görüşmək istəyir, kimsə bizimlə görüşmək istəmir - özlərini buna inandırırlar. Biz heç kimi dəvət etmirik, bunu dəfələrlə demişik. Amma biz heç vaxt ciddi, sağlam düşüncəli bir təklifdən imtina etməmişik. Heç kim isə sağlam təşəbbüslər təklif etmir", - Lavrov vurğulayıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Xəbər lenti
0