Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

"Qarabağ"ın bugünkü oyunu ilə bağlı DİN-dən açıqlama

© Official website of President of Azerbaijan RepublicTofiq Bəhramov adına Respublika Stadionu
Tofiq Bəhramov adına Respublika Stadionu - Sputnik Azərbaycan, 1920, 13.10.2022
Abunə olmaq
DİN-dən futbolsevərlərə bildirilib ki, Tofiq Bəhramov adına Respublika stadionu istiqamətində gələrkən şəxsi avtomobillərə deyil, ictimai nəqliyyata üstünlük versinlər.
BAKI, 13 oktyabr — Sputnik. "Əziz futbolsevərlər, xahiş olunur ki, Tofiq Bəhramov adına Respublika stadionu istiqamətində gələrkən şəxsi avtomobillərə deyil, ictimai nəqliyyata üstünlük verəsiniz. Bundan başqa, oyunun keçirildiyi əraziyə 1 saat əvvəl gəlməyiniz də tövsiyə olunur". Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qarabağ"ın Bakıda Yunanıstan "Olimpiakos"una qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ilə bağlı bildirib.
"Bu gün baş tutacaq "Qarabağ" – "Olimpiakos" oyunu ilə əlaqədar stadionun daxilində və ətrafında vətəndaşlarımızın və xarici azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir" - o, vurğulayıb.
Qeyd edək ki, "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.
"Qarabağ" G qrupunda 6 xalla ikinci, hər üç oyunda məğlub olan Pirey təmsilçisi sıfır xalla sonuncu pillədədir. "Köhlən atlar" ən azı heç-heçə sayəsində qrup üçüncülüyünü və UEFA Konfrans Liqası üçün pley-offa vəsiqəni təmin edəcək.
Xatırladaq ki, "köhlən atlar" G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olub. "Georgios Karaiskakis" stadionunda oynanılan qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xəbər lenti
0