https://sputnik.az/20221013/putin-dunyada-xususen-de-en-yoxsul-olkelerde-real-acliq-tehlukesi-yaranib-447394725.html
Putin: Dünyada, xüsusən də ən yoxsul ölkələrdə real aclıq təhlükəsi yaranıb
Putin: Dünyada, xüsusən də ən yoxsul ölkələrdə real aclıq təhlükəsi yaranıb
Sputnik Azərbaycan
Rusiya lideri bildirib ki, enerji, xammal və digər mühüm malların dünya qiymətlərindəki dəyişkənliyin artması xüsusən də ən kasıb ölkələrdə real aclıq və... 13.10.2022, Sputnik Azərbaycan
2022-10-13T11:11+0400
2022-10-13T11:11+0400
2022-10-13T11:26+0400
putin
rusiya
astana
yoxsul
enerji
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447393048_0:66:1280:786_1920x0_80_0_0_8b9086118db0bc1184f49859b934c358.jpg
BAKI, 13 oktyabr — Sputnik. Enerji, xammal və digər mühüm malların dünya qiymətlərindəki dəyişkənliyin artması xüsusən də ən kasıb ölkələrdə real aclıq və sosial təlatüm təhlükəsinə səbəb olub. Bunu Rusiya Prezidenti Vladimir Putin Astanada "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin" (AQFETM) altıncı sammitində çıxış edərkən bildirib."Bizim müşavirəyə, digər regional birliklərə bir çox kəskin problemlərin həlli ilə məşğul olmaq lazım gəlir. Enerji daşıyıcılarının, ərzaq məhsullarının, gübrələrin, xammalın və digər əhəmiyyətli malların dünya qiymətlərinin dəyişkənliyinin artmasını nəzərdə tuturam. Bu, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan dövlətlərdə həyat keyfiyyətinin pisləşməsinə gətirib çıxarır. Bundan başqa, xüsusilə də yoxsul ölkələrdə aclıq və miqyaslı sosial təlatümlərə real təhlükə yaranır", - deyə Rusiya lideri bildirib.Putin Astanaya oktyabrın 13-nə keçən gecə gəlib. Oktyabrın 14-də Rusiya Federasiyasının prezidenti MDB Dövlət Başçıları Şurasının iclasında və "Rusiya-Mərkəzi Asiya" Sammitində də iştirak edəcək. Dövlət başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da daxil olmaqla bir sıra ikitərəfli və üçtərəfli görüşləri də nəzərdə tutulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447393048_73:0:1208:851_1920x0_80_0_0_38cedd156318c60ac14f7214af3dd745.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
putin, astana, yoxsul, enerji
putin, astana, yoxsul, enerji
Putin: Dünyada, xüsusən də ən yoxsul ölkələrdə real aclıq təhlükəsi yaranıb
11:11 13.10.2022 (Yenilənib: 11:26 13.10.2022) Rusiya lideri bildirib ki, enerji, xammal və digər mühüm malların dünya qiymətlərindəki dəyişkənliyin artması xüsusən də ən kasıb ölkələrdə real aclıq və sosial təlatüm təhlükəsinə səbəb olub.
BAKI, 13 oktyabr — Sputnik. Enerji, xammal və digər mühüm malların dünya qiymətlərindəki dəyişkənliyin artması xüsusən də ən kasıb ölkələrdə real aclıq və sosial təlatüm təhlükəsinə səbəb olub. Bunu Rusiya Prezidenti Vladimir Putin Astanada "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin" (AQFETM) altıncı sammitində çıxış edərkən bildirib.
"Bizim müşavirəyə, digər regional birliklərə bir çox kəskin problemlərin həlli ilə məşğul olmaq lazım gəlir. Enerji daşıyıcılarının, ərzaq məhsullarının, gübrələrin, xammalın və digər əhəmiyyətli malların dünya qiymətlərinin dəyişkənliyinin artmasını nəzərdə tuturam. Bu, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan dövlətlərdə həyat keyfiyyətinin pisləşməsinə gətirib çıxarır. Bundan başqa, xüsusilə də yoxsul ölkələrdə aclıq və miqyaslı sosial təlatümlərə real təhlükə yaranır", - deyə Rusiya lideri bildirib.
Putin Astanaya oktyabrın 13-nə keçən gecə gəlib. Oktyabrın 14-də Rusiya Federasiyasının prezidenti MDB Dövlət Başçıları Şurasının iclasında və "Rusiya-Mərkəzi Asiya" Sammitində də iştirak edəcək. Dövlət başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da daxil olmaqla bir sıra ikitərəfli və üçtərəfli görüşləri də nəzərdə tutulub.