Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin "OPEC plus"un qərarını izah etdi

© Sputnik / Алексей Майшев / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.10.2022
Abunə olmaq
Kartel üzvü olan ölkələr oktyabrın 5-də Vyanada keçirilən görüşdə neft hasilatını noyabrda sutkada 2 milyon barel azaltmaq barədə razılığa gəliblər.
BAKI, 12 oktyabr — Sputnik. ""OPEC plus" ölkələrinin neft hasilatını sutkada 2 milyon barel azaltmaq qərarı qlobal bazarı tarazlaşdırmaq məqsədi daşıyır". Bunu Rusiya Enerji Həftəsinin plenar iclasında Rusiya Prezidenti Vladimir Putin deyib.
""OPEC plus" qərarının bununla nə əlaqəsi var? "OPEC plus" qərarı yalnız dünya bazarını tarazlamağa yönəlib. Aydındır ki, onlar sadəcə olaraq öz səhvlərini ört-basdır edirlər", - deyə Putin qeyd edib.
"OPEC plus" sazişinin üzvü olan ölkələr oktyabrın 5-də Vyanada keçirilən görüşdə neft hasilatını noyabrda sutkada 2 milyon barel azaltmaq barədə razılığa gəliblər, həmçinin sazişin müddətini 2023-cü ilin sonuna qədər uzadıblar. Güman edilir ki, Rusiya və Səudiyyə Ərəbistanı avqust ayı ilə müqayisədə gündəlik neft hasilatını 526 min barel azaldaraq 10,478 milyon barelə qədər çatdıracaq. Alyans ölkələrində neft hasilatının ümumi səviyyəsi sutkada 41,856 milyon barel təşkil edəcək. Vaşinqton "OPEC plus"un qərarını kəskin tənqid edib.
"Rusiya Enerji Həftəsi" beynəlxalq forumu müasir yanacaq-energetika kompleksinin inkişafının cari tendensiyalarının müzakirəsi üçün əsas platformalardan biridir. Forumun təşkilatçıları Moskva administrasiyasının dəstəyi ilə "Roskonqres" Fondu və Rusiya Federasiyasının Energetika Nazirliyidir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin "Şimal axını" qaz kəmərində təxribatın baş verməsində ABŞ-ı günahlandırıb.
O, "Şimal axını"nda təxribatın təşkilatçıları haqqında danışarkən hadisənin arxasında kimlərin dayandığının aydın olduğunu söyləyib.
"Mədəni şirkətlərdə deyildiyi kimi, "highly likely", bunun arxasında kimin durduğu məlumdur", - o deyib.
Putinin sözlərinə görə, baş verənlərdən əsas xeyri ABŞ götürüb və hazırda enerji resurslarını yüksək qiymətlərlə satır.
Putin "Şimal axını"ndakı təxribatı beynəlxalq terror aktı adlandırıb.
Xəbər lenti
0