https://sputnik.az/20221012/krim-korpusunde-toredilen-terror-aktina-gore-sekkiz-nefer-saxlanilib-447347525.html
Krım körpüsündə törədilən terror aktına görə səkkiz nəfər saxlanılıb
Krım körpüsündə törədilən terror aktına görə səkkiz nəfər saxlanılıb
Sputnik Azərbaycan
Rusiya Federal Təhlükəsizlik Xidməti açıqlayıb ki, terror aktının təşkilatçısı Ukrayna hərbi kəşfiyyatıdır. 12.10.2022, Sputnik Azərbaycan
2022-10-12T13:53+0400
2022-10-12T13:53+0400
2022-10-12T14:17+0400
krım
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
rusiya federal təhlükəsizlik xidməti
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/08/447215549_0:0:1280:720_1920x0_80_0_0_440251e20dbc4e003bde65e4ce269f84.jpg
BAKI, 12 oktyabr — Sputnik. Krım körpüsündə törədilən terror aktının istintaqı çərçivəsində saxlanılanların 5-nin Rusiya, 3-nün isə Ukrayna və Ermənistan vətəndaşı olduğu bildirilib. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) açıqlayıb ki, terror aktının təşkilatçısı Ukrayna hərbi kəşfiyyatıdır.Çərşənbə günü FTX-nin verdiyi məlumata görə, saxlanılanlar cinayətin hazırlanmasında iştirak ediblər.Qeyd edilib ki, İstintaq Komitəsi ilə birlikdə "Krım körpüsündə terror aktının təşkilatçıları Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, onun rəhbəri Kirill Budanov, əməkdaşları və agentləri olub".İstintaqın məlumatına görə, partlayıcı qurğu ümumi çəkisi 22770 kq olan 22 palet üzərində tikinti polietilen paketlə rulonlarda kamuflyaj edilib və avqustun əvvəlində "Translogistic UA MMC" (Kiyev) və "Baltex Capital S.A." arasında 02/08/2022 saylı müqavilə əsasında Odessa dəniz limanından Bolqarıstanın Ruse şəhərinə göndərilib"."Ukrayna vətəndaşları 1975-ci il təvəllüdlü Tsyurkalo Mixail Vladimiroviç, 1979-cu il təvəllüdlü Kovaç Denis Oleqoviç, 1971-ci il təvəllüdlü Solomko Roman İvanoviç, Gürcüstan vətəndaşları İnosaridze Sandro, "Levan" adlı broker və Ermənistan vətəndaşı 1985-ci il təvəllüdlü Terçanyan Artur Bolqarıstandan Poti limanına (Gürcüstan), oradan isə Ermənistana yüklərin daşınmasının təşkilinə cəlb ediliblər.Bu ilin sentyabrın 29-dan oktyabrın 3-dək İrəvanda "Transalyans" terminalında yük Avrasiya İqtisadi Qrupunun qaydalarına uyğun olaraq rəsmiləşdirilib və sənədlər dəyişdirilib, bundan sonra artıq onun göndəricisi "QU AR DJİ GROUP" MMC (Ermənistan Respublikası, Alaverdi), alıcı isə "Lider" MMC (Moskva) olub.Daha sonra FTX qeyd edib ki, Gürcüstanda qeydiyyatda olan "DAF" markalı yük avtomobili ilə yük oktyabrın 4-də Rusiya-Gürcüstan sərhədində "Yuxarı Lars" keçid məntəqəsindən keçib və oktyabrın 6-da Krasnodar diyarındakı Armavir topdansatış bazasına çatdırılıb və boşaldılıb."Bu il oktyabrın 7-də Ukrayna vətəndaşı, 1987-ci il təvəllüdlü Zlob Vladimir Vasilyeviç, R.Solomko və daha 5 Rusiya vətəndaşının köməkliyi ilə yükün sənədləri yenidən dəyişdirilib, göndərən tərəf "TEK-34" MMC (Ulyanovsk), alıcı isə Krım Respublikasında mövcud olmayan şirkət göstərilib", - deyə FTX qeyd edib.Bildirilib ki, həmin gün paletlər Simferopola yola düşən 1971-ci il təvəllüdlü Yusubov Mahir oğlunun yük maşınına yüklənib və oktyabrın 8-də isə, saat 06:03-də Krım körpüsündən keçərkən onu partladıblar"."Eyni zamanda, bütün marşrut üzrə yüklərin hərəkətinə nəzarət və cinayət daşıma sxeminin iştirakçıları ilə əlaqənin saxlanılması özünü "İvan İvanoviç" kimi təqdim edən "GUR MOU"nun əməkdaşı tərəfindən həyata keçirilib. O, koordinasiya üçün həm internetdə əldə edilmiş, həm də Ukrayna vətəndaşı, Kremençuq şəhər sakini, 1988-ci il təvəllüdlü Andreyçenko Sergey Vladimiroviç adına qeydiyyatdan keçmiş virtual anonim nömrədən istifadə etmişdir.Xüsusi xidməti terror hadisəsinin araşdırılmasının davam etdiyini və onun bütün təşkilatçıları və iştirakçılarının, o cümlədən xarici vətəndaşların Rusiya qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunacağını vurğulayıb.Krım körpüsündə partlayışQeyd edək ki, oktyabrın 8-də Rusiyanın Milli Antiterror Komitəsi Krım körpüsündə yük maşınının partlaması, nəticədə iki avtomobilin aşırımının qismən dağılması, körpünün naviqasiya hissəsinin üzərindəki tağın zədələnməməsi barədə məlumat yayıb.Rusiya İstintaq Komitəsinin ilkin məlumatına görə, partlayış nəticəsində 3 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin fövqəladə vəziyyətin səbəblərini müəyyən etmək və nəticələrini aradan qaldırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.Rusiya Prezidenti Vladimir Putin oktyabrın 10-da bildirib ki, Krım körpüsünün dağıdılmasının müəllifləri, icraçıları və sifarişçiləri Ukraynanın xüsusi xidmət orqanlarıdır."Burada, indicə xəbər verdiyiniz kimi, heç bir şübhə yoxdur. Bu, Rusiya Federasiyasının kritik əhəmiyyətli mülki infrastrukturunu məhv etməyə yönəlmiş terror aktıdır", - Putin Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə görüşdə deyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/08/447215549_320:0:1280:720_1920x0_80_0_0_7dc6fb1e40805d14a4a2a06c02f4b80a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
krım, rusiya, rusiya federal təhlükəsizlik xidməti
krım, rusiya, rusiya federal təhlükəsizlik xidməti
Krım körpüsündə törədilən terror aktına görə səkkiz nəfər saxlanılıb
13:53 12.10.2022 (Yenilənib: 14:17 12.10.2022) Rusiya Federal Təhlükəsizlik Xidməti açıqlayıb ki, terror aktının təşkilatçısı Ukrayna hərbi kəşfiyyatıdır.
BAKI, 12 oktyabr — Sputnik. Krım körpüsündə törədilən terror aktının istintaqı çərçivəsində saxlanılanların 5-nin Rusiya, 3-nün isə Ukrayna və Ermənistan vətəndaşı olduğu bildirilib. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) açıqlayıb ki, terror aktının təşkilatçısı Ukrayna hərbi kəşfiyyatıdır.
Çərşənbə günü FTX-nin verdiyi məlumata görə, saxlanılanlar cinayətin hazırlanmasında iştirak ediblər.
Qeyd edilib ki, İstintaq Komitəsi ilə birlikdə "Krım körpüsündə terror aktının təşkilatçıları Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, onun rəhbəri Kirill Budanov, əməkdaşları və agentləri olub".
İstintaqın məlumatına görə, partlayıcı qurğu ümumi çəkisi 22770 kq olan 22 palet üzərində tikinti polietilen paketlə rulonlarda kamuflyaj edilib və avqustun əvvəlində "Translogistic UA MMC" (Kiyev) və "Baltex Capital S.A." arasında 02/08/2022 saylı müqavilə əsasında Odessa dəniz limanından Bolqarıstanın Ruse şəhərinə göndərilib".
"Ukrayna vətəndaşları 1975-ci il təvəllüdlü Tsyurkalo Mixail Vladimiroviç, 1979-cu il təvəllüdlü Kovaç Denis Oleqoviç, 1971-ci il təvəllüdlü Solomko Roman İvanoviç, Gürcüstan vətəndaşları İnosaridze Sandro, "Levan" adlı broker və Ermənistan vətəndaşı 1985-ci il təvəllüdlü Terçanyan Artur Bolqarıstandan Poti limanına (Gürcüstan), oradan isə Ermənistana yüklərin daşınmasının təşkilinə cəlb ediliblər.
Bu ilin sentyabrın 29-dan oktyabrın 3-dək İrəvanda "Transalyans" terminalında yük Avrasiya İqtisadi Qrupunun qaydalarına uyğun olaraq rəsmiləşdirilib və sənədlər dəyişdirilib, bundan sonra artıq onun göndəricisi "QU AR DJİ GROUP" MMC (Ermənistan Respublikası, Alaverdi), alıcı isə "Lider" MMC (Moskva) olub.
Daha sonra FTX qeyd edib ki, Gürcüstanda qeydiyyatda olan "DAF" markalı yük avtomobili ilə yük oktyabrın 4-də Rusiya-Gürcüstan sərhədində "Yuxarı Lars" keçid məntəqəsindən keçib və oktyabrın 6-da Krasnodar diyarındakı Armavir topdansatış bazasına çatdırılıb və boşaldılıb.
"Bu il oktyabrın 7-də Ukrayna vətəndaşı, 1987-ci il təvəllüdlü Zlob Vladimir Vasilyeviç, R.Solomko və daha 5 Rusiya vətəndaşının köməkliyi ilə yükün sənədləri yenidən dəyişdirilib, göndərən tərəf "TEK-34" MMC (Ulyanovsk), alıcı isə Krım Respublikasında mövcud olmayan şirkət göstərilib", - deyə FTX qeyd edib.
Bildirilib ki, həmin gün paletlər Simferopola yola düşən 1971-ci il təvəllüdlü Yusubov Mahir oğlunun yük maşınına yüklənib və oktyabrın 8-də isə, saat 06:03-də Krım körpüsündən keçərkən onu partladıblar".
"Eyni zamanda, bütün marşrut üzrə yüklərin hərəkətinə nəzarət və cinayət daşıma sxeminin iştirakçıları ilə əlaqənin saxlanılması özünü "İvan İvanoviç" kimi təqdim edən "GUR MOU"nun əməkdaşı tərəfindən həyata keçirilib. O, koordinasiya üçün həm internetdə əldə edilmiş, həm də Ukrayna vətəndaşı, Kremençuq şəhər sakini, 1988-ci il təvəllüdlü Andreyçenko Sergey Vladimiroviç adına qeydiyyatdan keçmiş virtual anonim nömrədən istifadə etmişdir.
Xüsusi xidməti terror hadisəsinin araşdırılmasının davam etdiyini və onun bütün təşkilatçıları və iştirakçılarının, o cümlədən xarici vətəndaşların Rusiya qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunacağını vurğulayıb.
Krım körpüsündə partlayış
Qeyd edək ki, oktyabrın 8-də Rusiyanın Milli Antiterror Komitəsi Krım körpüsündə yük maşınının partlaması, nəticədə iki avtomobilin aşırımının qismən dağılması, körpünün naviqasiya hissəsinin üzərindəki tağın zədələnməməsi barədə məlumat yayıb.
Rusiya İstintaq Komitəsinin ilkin məlumatına görə, partlayış nəticəsində 3 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin fövqəladə vəziyyətin səbəblərini müəyyən etmək və nəticələrini aradan qaldırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 10-da bildirib ki, Krım körpüsünün dağıdılmasının müəllifləri, icraçıları və sifarişçiləri Ukraynanın xüsusi xidmət orqanlarıdır.
"Burada, indicə xəbər verdiyiniz kimi, heç bir şübhə yoxdur. Bu, Rusiya Federasiyasının kritik əhəmiyyətli mülki infrastrukturunu məhv etməyə yönəlmiş terror aktıdır", - Putin Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə görüşdə deyib.