Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

KTMT Ermənistana öz müşahidəçilərini göndərməyə hazırdır - Lavrov

© Sputnik / POOL / Mediabanka keçidLavrov və Mirzoyan
Lavrov və Mirzoyan - Sputnik Azərbaycan, 1920, 12.10.2022
Abunə olmaq
Oktyabrın 14-də Rusiya tərəfinin təşəbbüsü ilə Astanada Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü nəsərdə tutulub.
BAKI, 12 oktyabr - Sputnik. Moskva Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının həyata keçirilməsinə töhfə verməyə və onların tezliklə yerinə yetirilməsi üçün nələrin görülməli olduğunu müzakirə etməyə hazırdır. RİA Novostinin xəbərinə görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Astanada ermənistanlı həmkarı Ararat Mirzoyanla danışıqlara başlayarkən deyib.
“Biz əlbəttə ki, bu gün Azərbaycanla danışıqlarınızda işlərin necə getdiyini müzakirə etmək istəyirik. Bilirəm ki, bu yaxınlarda Avropada təmaslar olub, media müxtəlif söz-söhbətlərlə, fərziyyələrlə doludur. Təbii ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatının mümkün qədər tez həyata keçirilməsi üçün daha nələr edə biləcəyimizi bu gün nəzərdən keçirmək vacib olardı”, - deyə Lavrov bildirib.
O həmçinin qeyd edib ki, artıq normallaşma üçün çox işlər görülüb, o cümlədən nəqliyyat əlaqələrinin açılması məsələlərində, sərhədlərin delimitasiyası ilə bağlı “planlar” mövcuddur.
“Yaxın qonşularımız və dostlarımız arasında münasibətlərin tam normallaşması bizim maraqlarımıza tam cavab verir, biz bu prosesə töhfə verməyə hazırıq”, - deyə rusiyalı nazir əlavə edib.
Lavrov hımçinin əlavə edib ki, KTMT Ermənistana öz müşahidəçilərini göndərməyə hazırdır.
Onun sözlərinə görə, bunun üçün Kollektiv Təhlükəsizlik Şurasının qərarı lazımdır.
“Ermənistan KTMT-nin fövqəladə sammitini çağırmağı xahiş etdikdən dərhal sonra bu, baş tutdu, KTMT-nin baş katibinin, birgə qərargahın rəhbərinin Ermənistana göndərilməsi qərara alındı. Oraya getdilər, tövsiyələr gətirdilər, bir aydan çoxdur ki, bu tövsiyələr bizim əlimizdədir. Onlar Ermənistan ərazisinə, Azərbaycanla sərhədə KTMT müşahidəçilərinin monitorinq missiyasının göndərilməsindən ibarətdir”, - deyə Lavrov bildirib.
O həmçinin qeyd edib ki, tələb olunan yeganə şey Kollektiv Təhlükəsizlik Şurasının qərarıdır və onu KTMT sədri çağırmalıdır.
“İndi bu, Ermənistan Respublikasıdır, ona görə də vaxtınız olan kimi biz belə bir missiyanı rəsmi şəkildə təsdiqləməyə hazır olacağıq, o, işə başlaya biləcək”, - deyə rusiyalı nazir əlavə edib.
Çərşənbə axşamı Ermənistan Xarici İşlər Nazirliyi açıqlayıb ki, Rusiya tərəfinin təşəbbüsü ilə oktyabrın 14-də Astanada Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü planlaşdırılır.
Xəbər lenti
0