Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zelenski rejimini dəstəkləyən Qərb siyasətçiləri terrora sponsorluq edirlər - Volodin

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidRusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin
Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin - Sputnik Azərbaycan, 1920, 11.10.2022
Abunə olmaq
Rusiya Federasiyası Dövlət Dumasının spikeri hesab edir ki, Zelenskinin hərəkətləri "onun nasist siyasətinin girovu olan" Ukrayna xalqının əzab çəkməsinə səbəb olub.
BAKI, 11 oktyabr — Sputnik. "Ukraynada Volodimir Zelenski rejimini dəstəkləyən Qərb siyasətçiləri terrora sponsorluq edirlər". Bunu Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
"Ukrayna prezidenti terror aktlarının törədilməsinə göstəriş verərək, Üsamə bin Laden və digər beynəlxalq terrorçularla bir sırada dayanıb. Zelenski rejimini dəstəkləyən qərb siyasətçiləri terrora sponsorluq edirlər. Bununla əlaqədar olaraq bütün dünyada məşhur olan bir qaydanı xatırlatmaq istərdim: terrorçularla danışıqlar aparmırlar", - deyə Volodin "Telegram" kanalında yazıb.
O vurğulayıb ki, Zelenskinin hərəkətləri "onun nasist siyasətinin girovu olan" Ukrayna xalqının əzab çəkməsinə səbəb olub.
"Səbir fincanı tükənib. Kiyev rejimi terrorçuya çevrilib. Atom elektrik stansiyalarının kritik infrastrukturunun - Zaporojye və Kurskun mütəmadi olaraq atəşə tutulması, Ukrayna və Rusiya ərazisində ictimai xadimlərin qətlə yetirilməsi, Krım körpüsündə təxribat", – deyə Volodin qeyd edib.
Xəbər lenti
0