Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova MDB XİN başçıları Şurasının gündəliyini açıqladı

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidZaxarova
Zaxarova  - Sputnik Azərbaycan, 1920, 11.10.2022
Abunə olmaq
XİN başçıları mədəni, humanitar, hüquq-mühafizə, insan hüquqları sahələrində əməkdaşlıqla bağlı bir sıra qərarlar qəbul edəcək, həmçinin MDB məkanında 2023-cü ilin "Rus dili ili" elan olunması ilə bağlı tədbirlər planı hazırlayacaqlar.
BAKI, 11 oktyabr — Sputnik. MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının oktyabrın 12-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək iclasında aktual beynəlxalq və regional məsələlər müzakirə olunacaq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, nazirlər toplantıda təşkilat çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparacaq, 2023-cü il üçün MDB çərçivəsində nazirliklərarası çoxsəviyyəli məsləhətləşmələr planını təsdiqləyəcəklər.
XİN başçıları mədəni, humanitar, hüquq-mühafizə, insan hüquqları sahələrində əməkdaşlıqla bağlı bir sıra qərarlar qəbul edəcək, həmçinin MDB məkanında 2023-cü ilin "Rus dili ili" elan olunması ilə bağlı tədbirlər planı hazırlayacaqlar.
M.Zaxarova söyləyib ki, iclas zamanı MDB məkanında, onun xarici sərhədlərində təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiriləcək. Mətbuat katibinin sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmkarlarını ölkəsinin Ukraynada keçirdiyi xüsusi əməliyyatın gedişi, "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərində keçirilən "referendumun" nəticələri barədə məlumatlandıracaq.
Xəbər lenti
0