https://sputnik.az/20221011/susada-daha-15-yasayis-binasinin-insasina-baslanilir-447291000.html
Şuşada daha 15 yaşayış binasının inşasına başlanılır
Şuşada daha 15 yaşayış binasının inşasına başlanılır
Sputnik Azərbaycan
Qoruqdan bildirilib ki, tender şərtlərinə görə, qalib şirkət avtodayanacaqla birgə, 3-5 mərtəbə olmaqla 15 yaşayış binası tikəcək. 11.10.2022, Sputnik Azərbaycan
2022-10-11T11:24+0400
2022-10-11T11:24+0400
2022-10-11T11:43+0400
şuşa
qarabağ
bina
inşa
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427428343_0:0:3073:1728_1920x0_80_0_0_bac8797308fa235e39df62c69d606bd3.jpg
BAKI, 11 oktyabr — Sputnik. Şuşa şəhərində inşa olunacaq yaşayış kompleksinin daha 15 binasının tikintisinə, abadlaşdırılmasına və əlavə texniki qurğuların inşasına dair Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin elan etdiyi açıq tenderin qalibi müəyyən edilib. Bu barədə qoruqdan məlumat verilib.Ümumilikdə 9 şirkətin təqdim etdiyi təklifləri tender komissiyasının üzvləri qiymətləndirib və komissiyanın qərarı ilə "ARCHİCO" MMC qalib elan olunub. Tender şərtlərinə görə, şirkət avtodayanacaqla birgə, 3-5 mərtəbə olmaqla 15 yaşayış binası tikəcək, həmçinin tikinti başa çatdıqdan sonra binaların 24 aylıq istismarına zəmanət verəcək.Şuşa şəhərinin Baş planına uyğun olaraq ümumilikdə 23 binadan ibarət yaşayış massivinin inşası həyata keçirilir. Binalar müasir görüntülü və yerli hava şəraitinin tələblərinə uyğun olaraq tikilməkdədir.Məlumat üçün bildirək ki, gələn ilin sonundan Şuşada 2500 nəfər yaşayacaq. Milli Şəhərsalma Forumunda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib ki, Şuşaya əhalinin qayıdışına hazır olmaq lazımdır:Xatırladaq ki, Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilib. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb.28 il erməni tapdağında qalan Şuşa 2020-ci ilin 8 noyabr tarixində müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427428343_0:0:2731:2048_1920x0_80_0_0_8ea12fba82b95a5e3e46e7f02f4c3775.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şuşa, bina, inşa
Şuşada daha 15 yaşayış binasının inşasına başlanılır
11:24 11.10.2022 (Yenilənib: 11:43 11.10.2022) Qoruqdan bildirilib ki, tender şərtlərinə görə, qalib şirkət avtodayanacaqla birgə, 3-5 mərtəbə olmaqla 15 yaşayış binası tikəcək.
BAKI, 11 oktyabr — Sputnik. Şuşa şəhərində inşa olunacaq yaşayış kompleksinin daha 15 binasının tikintisinə, abadlaşdırılmasına və əlavə texniki qurğuların inşasına dair Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin elan etdiyi açıq tenderin qalibi müəyyən edilib. Bu barədə qoruqdan məlumat verilib.
Ümumilikdə 9 şirkətin təqdim etdiyi təklifləri tender komissiyasının üzvləri qiymətləndirib və komissiyanın qərarı ilə "ARCHİCO" MMC qalib elan olunub. Tender şərtlərinə görə, şirkət avtodayanacaqla birgə, 3-5 mərtəbə olmaqla 15 yaşayış binası tikəcək, həmçinin tikinti başa çatdıqdan sonra binaların 24 aylıq istismarına zəmanət verəcək.
Şuşa şəhərinin Baş planına uyğun olaraq ümumilikdə 23 binadan ibarət yaşayış massivinin inşası həyata keçirilir. Binalar müasir görüntülü və yerli hava şəraitinin tələblərinə uyğun olaraq tikilməkdədir.
Məlumat üçün bildirək ki, gələn ilin sonundan Şuşada 2500 nəfər yaşayacaq. Milli Şəhərsalma Forumunda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib ki, Şuşaya əhalinin qayıdışına hazır olmaq lazımdır:
"Gələn ildən sosial və turizm sektorlarında məşğulluq üçün işlər görüləcək. Şuşanın iqtisadi cəhətdən xüsusi profili var. Şuşada turizmin inkişafı əsas məqsədlərdəndir", - deyə Prezidentin xüsusi nümayəndəsi vurğulayıb.
Xatırladaq ki, Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilib. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb.
28 il erməni tapdağında qalan Şuşa 2020-ci ilin 8 noyabr tarixində müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunub.