Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın məhv edilməsi təhlükəsi yaranarsa, Moskva nüvə silahından istifadə edəcək

© AFP 2024 / ED JONESRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 11.10.2022
Abunə olmaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya öz nüvə doktrinasına görə, yalnız ölkənin məhv edilməsinin qarşısını almaq üçün cavab tədbirləri görə bilər.
BAKI, 11 oktyabr — Sputnik. "Rusiya öz nüvə doktrinasına görə, yalnız ölkənin məhv edilməsinin qarşısını almaq üçün cavab tədbirləri görə bilər". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Əgər bu bizdən asılıdırsa, Prezident (RF Vladimir Putin – Red.) dəfələrlə bəyan edib ki, biz nüvə doktrinasında müstəsna olaraq Rusiya Federasiyasının birbaşa nüvə zərbələri və ya digər silah növləri nəticəsində məhv edilməsinin qarşısını almaq üçün nəzərdə tutulmuş cavab tədbirlərini nəzərdə tuturuq. Bu, tam və ətraflı cavabdır", – deyə Lavrov "Rossiya-1" telekanalında "60 dəqiqə" proqramının efirində nüvə müharibəsinin mümkünlüyü barədə ona ünvanlanan sualın cavabında bildirib.
Bununla bağlı o, amerikalılara və onların əlaltılarına, eləcə də rusiyalı analitiklərə və politoloqlara ictimai bəyanatlarında maksimum məsuliyyət nümayiş etdirməyi tövsiyə edib.
"Mən sizin vasitənizlə bu vəziyyətlə və bu mövzu ilə maraqlananların və onu ictimai məkanda işıqlandırmağa çalışanların hamısına belə bir çağırışla müraciət edirəm - onu süni şəkildə qızışdırmaq lazım deyil. Ümid edirəm ki, Rusiya Federasiyasının təşkilatlarını nüvə müharibəsi mövzusunda, kütləvi qırğın silahlarından istifadə etməklə təxribatlar törətmək mövzusunda daim spekulyasiya edənlər öz məsuliyyətlərini dərk edirlər", – deyə Rusiya diplomatiyasının rəhbəri bildirib.
Xəbər lenti
0