Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Peskov G7 sammitindən Kremlin gözləntilərini açıqladı

© AFP 2024 / ADRIAN DENNISБаннера G7, фото из архива
Баннера G7, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.10.2022
Abunə olmaq
Rusiya prezidentinin sözçüsü bildirib ki, sammit ərəfəsindəki əhval-ruhiyyəni yaxşı başa düşürlər, yaxşı proqnozlaşdırılır, qarşıdurma isə davam edəcək.
BAKI, 11 oktyabr — Sputnik. Kreml Kiyevə əlavə silah tədarükü ilə bağlı baş verənləri diqqətlə izləyəcək. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
"Kiyevə növbəti silah tədarükü, əslində müxtəlif ölkələr tərəfindən artıq geniş şəkildə elan edilmişdir, buna görə də biz, əlbəttə ki, hər şeyi diqqətlə izləyəcəyik. Bu sammit ərəfəsindəki əhval-ruhiyyəni biz yaxşı başa düşürük, yaxşı proqnozlaşdırılır, qarşıdurma isə davam edəcək", - Peskov əlavə edib.
Qeyd edək ki, G7 ölkələri videobağlantı vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində fövqəladə görüş keçirəcək, Volodimir Zelenski də görüşdə iştirak edəcək. Liderlər Ukraynaya zərbələrin nəticələrini müzakirə edəcəklər.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Xəbər lenti
0