Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: "Rusiya ordusunun atdığı addımlardan sonra o təşvişə düşüb"

© AP Photo / Hajarah NalwaddaRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 11.10.2022
Abunə olmaq
Rusiyanın xarici işlər naziri bildirib ki, Qərb BMT-ni özəlləşdirməyə çalışır və Baş Katib BMT nizamnaməsində yazıldığı kimi, öz işini bilməyə, bu və ya digər siyasi qüvvə ilə oynamamağa borcludur.
BAKI, 11 oktyabr — Sputnik. "BMT-nin baş katibi Antoniu Quterreş Qərb siyasi qüvvələrinin ardınca bazar ertəsi Rusiyanın Ukraynaya qarşı atdığı cavab addımlarını "qınamağa" başladı, bu, təəssüf doğurur". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya-1" telekanalında "60 dəqiqə" verilişinin efirində deyib.
"Rusiya prezidenti dünən qeyd etdi ki, Kiyev rejiminin cinayətlərinə, terror hücumlarına daha dözə bilməyəndə, nəhayət, ciddi reaksiya verəndə, dərhal hamı qınamağa başladı. O cümlədən, mən böyük təəssüf hissi ilə bildirirəm ki, digər vəziyyətlərdə ölümcül susqunluq göstərən və narahatlığını heç bir şəkildə nümayiş etdirməyən BMT-nin Baş katibi Antoniu Quterreş də onların arasında idi. Dünən Rusiya ordusunun atdığı addımlardan sonra o təşvişə düşüb", - deyə Rusiya XİN rəhbəri qeyd edib.
"Bu, bir daha göstərir ki, BMT-də nəsə səhvdir, Qərb BMT-ni özəlləşdirməyə çalışır və Baş Katib BMT nizamnaməsində yazıldığı kimi, öz işini bilməyə, bu və ya digər siyasi qüvvə ilə oynamamağa borcludur", - Lavrov əlavə edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Xəbər lenti
0