https://sputnik.az/20221010/volodin-azerbaycan-ermenistan-ve-rusiyanin-parlament-formatinda-gorusunu-destekleyib-447271053.html
Volodin Azərbaycan, Ermənistan və Rusiyanın parlament formatında görüşünü dəstəkləyib
Volodin Azərbaycan, Ermənistan və Rusiyanın parlament formatında görüşünü dəstəkləyib
Sputnik Azərbaycan
Moskvada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirilib. 10.10.2022, Sputnik Azərbaycan
2022-10-10T16:58+0400
2022-10-10T16:58+0400
2022-10-10T16:58+0400
vyaçeslav volodin
rusiya
rusiya
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441627020_0:0:2927:1646_1920x0_80_0_0_fe21f0ba9df50ca974464220a45225c2.jpg
BAKI, 10 oktyabr — Sputnik. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə regional təhlükəsizlik məsələlərinin parlament formatında müzakirəsi təklifini dəstəkləyib.Bu barədə Dumanın rəsmi saytında məlumat verilib.Bildirilib ki, Moskvada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirilib"Görüşdə Alen Simonyan Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə parlament formatı çərçivəsində regional təhlükəsizlik məsələlərini müzakirə etmək təşəbbüsü ilə çıxış edib. Vyaçeslav Volodin bu təklifi dəstəkləyib", - deyə məlumatda qeyd olunub.Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə yenidən görüşü olub.Görüşdən sonra Yelisey sarayının rəsmi saytında dərc edilmiş bəyanatda deyilir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.Sənəddə vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər."Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq.Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım göstərməyə razılaşıb. Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib.Missiya oktyabr ayında fəaliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək. Missiyanın məqsədi - güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir", - deyə bəyanatda qeyd olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441627020_0:0:2731:2048_1920x0_80_0_0_63fed5e87bbe00f4142760ccc3c01967.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
vyaçeslav volodin, rusiya, ermənistan
vyaçeslav volodin, rusiya, ermənistan
Volodin Azərbaycan, Ermənistan və Rusiyanın parlament formatında görüşünü dəstəkləyib
Moskvada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirilib.
BAKI, 10 oktyabr — Sputnik. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə regional təhlükəsizlik məsələlərinin parlament formatında müzakirəsi təklifini dəstəkləyib.
Bu barədə Dumanın rəsmi saytında məlumat verilib.
Bildirilib ki, Moskvada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirilib
"Görüşdə Alen Simonyan Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə parlament formatı çərçivəsində regional təhlükəsizlik məsələlərini müzakirə etmək təşəbbüsü ilə çıxış edib. Vyaçeslav Volodin bu təklifi dəstəkləyib", - deyə məlumatda qeyd olunub.
Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə yenidən görüşü olub.
Görüşdən sonra Yelisey sarayının rəsmi saytında dərc edilmiş bəyanatda deyilir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
Sənəddə vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.
"Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq.
Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım göstərməyə razılaşıb. Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib.
Missiya oktyabr ayında fəaliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək. Missiyanın məqsədi - güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir", - deyə bəyanatda qeyd olunub.