Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Krım körpüsündə törədilən terror aktına terrorçuların məhvi ilə cavab verəcək

© Sputnik / The investigative committee of the Russian Federation / Mediabanka keçidKrım körpüsü
Krım körpüsü - Sputnik Azərbaycan, 1920, 10.10.2022
Abunə olmaq
Dmitri Medvedev deyib ki, Ukraynanın bu işdə əli olduğuna heç bir şübhə yoxdur və heç vaxt olmayıb.
BAKI, 10 oktyabr — Sputnik. Krım körpüsündə təşkil edilən terror aktına Rusiyanın cavabı ancaq terrorçuların birbaşa məhvi ola bilər. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev qeyd edib.
"Cinayətin sifarişçisi və icraçısı uğursuz Ukrayna dövlətidir. Bu, Kiyev rejimi tərəfindən törədilən terror aktı və təxribatdır", - deyə Medvedev jurnalist Nadana Fridrixsona müsahibəsində bildirib.
O qeyd edib ki, Ukraynanın bu işdə əli olduğuna heç bir şübhə yoxdur və heç vaxt olmayıb.
"Bütün hesabatlar və nəticələr hazırlanır. Bütün dünyada qəbul edildiyi kimi Rusiyanın bu cinayətə cavabı yalnız terrorçuların birbaşa məhvi ola bilər. Rusiya vətəndaşlarının da gözlədiyi məhz budur", - deyə Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini vurğulayıb.
O, həmçinin Rusiyada qismən səfərbərliyin gedişatını da şərh edib.
"Səfərbərlik səksən ildən artıqdır ki, səfərbərlik olmayan bir ölkədə baş verə biləcəyi kimi davam edir. Əsl vətənpərvərlik, insani emosiyalar var", - deyə Medvedev deyib.
Bununla yanaşı, Təhlükəsizlik Şurası rəhbərinin müavini vurğulayıb ki, "əsas odur ki, ölkəmiz xalqımızı və Vətənimizi qorumaq üçün birləşib".
"Bu da bizim şərtsiz qələbəmizin təminatıdır", - deyə Medvedev qeyd edib.
Xatırladaq ki, oktyabrın 8-də, səhər saatlarında Krım körpüsünün avtomobil yolu hissəsində yük maşını partlayıb, bundan sonra dəmiryolundakı yanacaq çənləri yanıb. Üç nəfər həyatını itirib. Faktla bağlı Rusiya İstintaq Komitəsi "Terrorçuluq" maddəsi ilə cinayət işi açıb.
Krım hakimiyyətinin verdiyi məlumata görə, Krasnodardan Kerçə gedən avtomobil yolunda iki dirək arası hissələr dağılıb. Kerçdən Tamana gedən avtomobil yolu tam zədələnməyib.
Həmin gün axşam saatlarında körpüdə minik avtomobillərin və qatarların hərəkəti bərpa edilib. Avtobus və yük maşınlarının sürücülərindən ekspertiza bitənə qədər bərədən istifadə etmələri istənilib.
Xəbər lenti
0