Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Ukraynanı hədələdi: Terror aktları davam etsə, Rusiyanın cavabları daha sərt olacaq

© Sputnik / Grigorov Gavriil10 октября 2022. Президент РФ Владимир Путин проводит в режиме видеоконференции встречу с избранными высшими должностными лицами субъектов РФ.
10 октября 2022. Президент РФ Владимир Путин проводит в режиме видеоконференции встречу с избранными высшими должностными лицами субъектов РФ. - Sputnik Azərbaycan, 1920, 10.10.2022
Abunə olmaq
Putin bildirib ki, Ukraynanın energetika obyektlərinə, hərbi komandanlığına və rabitə vasitələrinə kütləvi zərbə endirilib.
BAKI, 10 oktyabr - Sputnik. Prezident Vladimir Putin Ukrayna hədəflərinə kütləvi zərbələrin endirilməsini təsdiqləyib.
O, oktyabrın 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş zamanı xəbərdarlıq edib ki, Rusiya ərazisində terror aktları həyata keçirmək cəhdləri davam edərsə, cavablar sərt və Rusiyaya qarşı təhdidlərinin səviyyəsinə uyğun olacaq.
“Bu gün səhər saatlarında Müdafiə Nazirliyinin təklifi və Rusiya Baş Qərargahının planına əsasən uzaqmənzilli yüksək dəqiqlikli silahlarla hava, dəniz və qurudan Ukraynanın energetika obyektlərinə, hərbi komandanlığına və rabitə vasitələrinə kütləvi zərbə endirilib. Əgər ərazilərimizdə terror aktları törətmək cəhdləri davam edərsə, Rusiyanın cavabları sərt və miqyasına görə Rusiya Federasiyasına qarşı yaradılan təhdidlərin səviyyəsinə uyğun olacaq”, - deyə o, bildirib.
Xəbər lenti
0