Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Sanksiyalar sosial birlik, konsolidasiya, RF-nin yeni bölgələrinə yardım tələb edir

© Sputnik / Grigorov GavriilPutin
Putin - Sputnik Azərbaycan, 1920, 10.10.2022
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya Federasiyası yeni subyektlərinin köməyinə gəlməyə, işğaldan azad edilmiş ərazilərdə dinc həyatı bərpa etməyə hazırdır.
BAKI, 10 oktyabr — Sputnik. Sanksiyalar cəmiyyətin konsolidasiyasını və birləşməsini, o cümlədən, Rusiya Federasiyasının yeni regionlarına yardımı tələb edir. Bunu Rusiya Prezidenti Vladimir Putin seçilmiş qubernatorlarla görüşündə bildirib.
"Ölkəmiz hazırda məlum - kənar təzyiqlərlə üz-üzədir. Bu, regionların rəhbərlərinin üzərinə, o cümlədən, prinsipcə, bütün səviyyələrdə hökumət rəhbərlərinin üzərinə xüsusi, daha da yüksək dərəcədə məsuliyyət qoyur, qarşımızda duran məqsədlərə çatmaq üçün səylərin daha da cəmləşdirilməsini, birləşdirilməsini tələb edir", - deyə o bildirib.
"Cəmiyyətimizin konsolidasiyası, birliyi həm də aydın şəkildə göstərir ki, Rusiya Federasiyası yeni subyektlərinin köməyinə gəlməyə, işğaldan azad edilmiş ərazilərdə dinc həyatı bərpa etməyə hazırdır", - deyə Putin əlavə edib.
O qeyd edib ki, regionlar humanitar ləvazimatlar toplayır, yaşayış məntəqələrini və ya bütöv əraziləri himayə edirlər.
"Bu işdə əməyi olan hər kəsə təşəkkür etmək istəyirəm. Əminəm ki, həmvətənlərimiz onlara lazım olan dəstəyi hiss edirlər", - deyə Putin bildirib.
Xəbər lenti
0