Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Paytaxtda ilginc hadisə: Piyadanı vurub, hadisə yerindən qaçdı

© Sputnik / Murad OrujovBakıda sərtləşdirilmiş xüsusi karantin rejimi
Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi  - Sputnik Azərbaycan, 1920, 10.10.2022
Abunə olmaq
Yolu keçən paytaxt sakini Məzahir Nağızadə müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.
BAKI, 10 oktyabr — Sputnik. Bakıda avtomobil piyadanı vuraraq öldürüb, sürücü qaçıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə oktyabrın 9-u saat 21 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, həmin ərazidə yolu keçən paytaxt sakini Məzahir Nağızadə müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Nissan" markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsinin sürücüsü, paytaxt sakini Ravil Kərimov saxlanılıb.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Oktyabrın 8-9-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Nəticədə 7 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.
Xəbər lenti
0