Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın Nəqliyyat Nazirliyi Krım körpüsünə dəyən ziyanı qiymətləndirməyə başlayıb

© Sputnik / Alexey Malgavko / Mediabanka keçidKrım körpüsü, arxiv şəkli
Krım körpüsü, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.10.2022
Abunə olmaq
Rusiya prezidenti Vladimir Putin Krım körpüsündə fövqəladə vəziyyətlə əlaqədar hökumət komissiyasının yaradılması barədə göstəriş verib.
BAKI, 8 oktyabr - Sputnik. Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi Krım körpüsündə dəymiş ziyanı, lazımi həcm və bərpa işlərinin vaxtını qiymətləndirməyə başlayıb. Bu barədə RİA Novosti nazirliyə istinadən xəbər yayıb.
Xatırladaq ki Rusiyanın Milli Antiterror Komitəsi (MAK) şənbə günü səhər tezdən Krım körpüsündə yük maşınının partlaması nəticəsində qatarın yeddi yanacaq sisterninin yanmasına səbəb olduğunu bildirib. Körpünün iki avtomobil yolu zolağının qismən çökməsi baş verib.
MAK-dan o da bildirilib ki, körpünün quru hissəsinin üzərindəki tağ zədələnməyib. İlkin məlumatına görə, hadisə nəticəsində ölən olmayıb.
“Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi Krım körpüsündə dəyən zərərin qiymətləndirilməsinə, lazımi həcmdə və bərpa işlərinin vaxtına başlayıb. Müvafiq qərarlar nəqliyyat naziri Vitali Saveliyevin rəhbərliyi ilə Rusiya Nəqliyyat Nazirliyinin Logistika və Bərpa üzrə Operativ Qərargahında qəbul edilib”, - deyə nazirliin məlumatına bildirilir.
Nazirlikdən o da bildirilib ki, operativ xidmətlərin işi yerində başa çatdıqdan sonra işə başlamaq mümkün olacaq.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Krım körpüsündə fövqəladə vəziyyətlə əlaqədar hökumət komissiyasının yaradılması barədə göstəriş verib. Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov şənbə günü bildirib.
Onun sözlərinə görə, Rusiya Prezident baş nazirə tapşırıb ki, hadisənin səbəblərini aydınlaşdırmaq və nəticələrini tezliklə aradan qaldırmaq üçün hökumət komissiyası formalaşdırsın:
"Onun tərkibinə həmçinin Krasnodar diyarı və Krımın rəhbərləri, Milli Qvardiyanın, FSB və Daxili İşlər Nazirliyinin nümayəndələri daxil olacaq".
Qeyd edək ki, Rusiya Federasiyası İstintaq Komitəsib (İK) Krım körpüsündə yük maşınının partladılması faktı ilə bağlı cinayət işi başlanıb.
Xəbər lenti
0