https://sputnik.az/20221008/putin-ftx-ya-krim-korpusu-uzerinden-neqliyyat-kecidini-qorumaq-selahiyyeti-verib-447221832.html
Putin FTX-ya Krım körpüsü üzərindən nəqliyyat keçidini qorumaq səlahiyyəti verib
Putin FTX-ya Krım körpüsü üzərindən nəqliyyat keçidini qorumaq səlahiyyəti verib
Sputnik Azərbaycan
Rusiya prezidenti Krım körpüsündə fövqəladə vəziyyətlə əlaqədar hökumət komissiyasının yaradılması barədə göstəriş verib. 08.10.2022, Sputnik Azərbaycan
2022-10-08T21:20+0400
2022-10-08T21:20+0400
2022-10-08T21:20+0400
rusiya
ftx
kerç
körpü
rusiya prezidenti vladimir putin
fərman
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/07/447189688_0:0:3147:1771_1920x0_80_0_0_9c9fced7a3ece413183ae56a65c8027e.jpg
BAKI, 8 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin Kerç boğazından keçən nəqliyyat keçidinin mühafizəsi üzrə tədbirlərin təşkili və əlaqələndirilməsi səlahiyyətini Federal Təhlükəsizlik Xidmətinə (FTX) həvalə edib. Bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə Kerç boğazı ilə nəqliyyat keçidinin, Rusiya Federasiyası yarımadasının Krım elektrik şəbəkəsi enerji körpüsünün və Krasnodar diyarı - Krım magistral qaz kəmərinin istismarı zamanı mühafizə tədbirlərinin təşkili və əlaqələndirilməsi səlahiyyəti həvalə edilsin", - deyə fərmanın mətnində bildirilir.Şənbə günü səhər saatlarında Rusiyanın Milli Antiterror Komitəsi (MTK) oktyabrın 8-də səhər tezdən Krım körpüsündə yük maşınının partlaması nəticəsində qatarın yeddi yanacaq sisterninin yandığını bildirib.Körpünün iki avtomobil yolu zolağı qismən çöküb. Onun gəmilərin hərəkəti üçün olan hissəsinin üstündəki tağ zədələnməyib. Rusiya Federasiyası İstintaq Komitəsinin ilkin məlumatlarına görə, partlayış nəticəsində 3 nəfər həlak olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/07/447189688_378:0:3107:2047_1920x0_80_0_0_689fa568486fb1d88c28a7d43ae5f4fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ftx, kerç, körpü, rusiya prezidenti vladimir putin, fərman
ftx, kerç, körpü, rusiya prezidenti vladimir putin, fərman
Putin FTX-ya Krım körpüsü üzərindən nəqliyyat keçidini qorumaq səlahiyyəti verib
Rusiya prezidenti Krım körpüsündə fövqəladə vəziyyətlə əlaqədar hökumət komissiyasının yaradılması barədə göstəriş verib.
BAKI, 8 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin Kerç boğazından keçən nəqliyyat keçidinin mühafizəsi üzrə tədbirlərin təşkili və əlaqələndirilməsi səlahiyyətini Federal Təhlükəsizlik Xidmətinə (FTX) həvalə edib. Bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.
“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə Kerç boğazı ilə nəqliyyat keçidinin, Rusiya Federasiyası yarımadasının Krım elektrik şəbəkəsi enerji körpüsünün və Krasnodar diyarı - Krım magistral qaz kəmərinin istismarı zamanı mühafizə tədbirlərinin təşkili və əlaqələndirilməsi səlahiyyəti həvalə edilsin", - deyə fərmanın mətnində bildirilir.
Şənbə günü səhər saatlarında Rusiyanın Milli Antiterror Komitəsi (MTK) oktyabrın 8-də səhər tezdən Krım körpüsündə yük maşınının partlaması nəticəsində qatarın yeddi yanacaq sisterninin yandığını bildirib.
Körpünün iki avtomobil yolu zolağı qismən çöküb. Onun gəmilərin hərəkəti üçün olan hissəsinin üstündəki tağ zədələnməyib. Rusiya Federasiyası İstintaq Komitəsinin ilkin məlumatlarına görə, partlayış nəticəsində 3 nəfər həlak olub.