Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Krım körpüsündə fövqəladə vəziyyətlə bağlı hökumət komissiya yaradılır - Peskov

© Sputnik / Vladimir AstapkovichPrezident Administrasiyası rəhbərinin müavini - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov, arxiv şəkli
Prezident Administrasiyası rəhbərinin müavini - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.10.2022
Abunə olmaq
Krım körpüsü üzərində hərəkətdə olan qatarın yeddi yanacaq sisterninin alışdığı bildirilir.
BAKI, 8 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin Krım körpüsündə fövqəladə vəziyyətlə əlaqədar hökumət komissiyasının yaradılması barədə göstəriş verib. RİA Novosti xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov şənbə günü bildirib.
“Krım körpüsündə baş vermiş fövqəladə vəziyyətlə əlaqədar Vladimir Putin Rusiya Federasiyasının Baş naziri Mixail Mişustindən, Baş nazirin müavini Marat Xusnullindən, Fövqəladə Hallar Nazirliyinin rəhbərləri Aleksandr Kurenkovdan və Nəqliyyat Nazirliyinin rəhbərləri Gennadi Savelyevdən, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərlərindən məlumat alıb”, - deyə mətbuat katibi bildirib.
Onun sözlərinə görə Rusiya Prezident baş nazirə tapşırıb ki, hadisənin səbəblərini aydınlaşdırmaq və nəticələrini tezliklə aradan qaldırmaq üçün hökumət komissiyası formalaşdırsın:
"Onun tərkibinə həmçinin Krasnodar diyarı və Krımın rəhbərləri, Milli Qvardiyanın, FSB və Daxili İşlər Nazirliyinin nümayəndələri daxil olacaq".
Peskov onu da bildirib ki, dövlət başçısının tapşırığı ilə nazirlər Savelyev və Kurenkov hadisə yerinə gediblər.
Şənbə günü səhər saatlarında Milli Antiterror Komitəsi (MATK) səhər tezdən Krım körpüsündə yük maşınının partlaması nəticəsində qatarın yeddi yanacaq çəninin yanmasına səbəb olduğunu bildirib.
Körpünün iki avtomobil yolu zolağının qismən çökməsi baş verib. Bildirilib ki, körpünün gəmilərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsinin üzərindəki tağ zədələnməyib. İlkin məlumatına görə, hadisə nəticəsində ölən olmayıb.
Xəbər lenti
0