Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bal çox, alıcı yox... Bal yarmarkasından reportaj - Video-Foto

Qabil və Firuzə Həsənovalar
Qabil və Firuzə Həsənovalar - Sputnik Azərbaycan, 1920, 08.10.2022
Abunə olmaq
İki yüz əlli arıçının iştirak etdiyi yarmarka ktyabrın 20-dək hər gün saat 09:00-dan 19:00-dək açıqdır.
BAKI, 7 oktyabr — Sputnik. Arıçıların Bakıda keçirilən bal yarmarkasında iştirakı demək olar ki, ənənə halını alıb. Hər il paytaxtda təşkil olunan arıçılıq məhsullarının satış yarmarkasında arıçılara öz məhsullarını birbaşa yarmarkaya çıxartmaq imkanı yaradılır. Oktyabrın 1-dən yenidən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında ("Gənclik" metro stansiyasının yaxınlığı) arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.
Sputnik Azərbaycan yarmarkada satılan balların satış qiymətləri, eləcə də keyfiyyətini araşdırıb.
Yarmarkada bu il bal bol olsa da, alıcı qıtlığı müşahidə olunurdu. Təşkil olunmuş yarmarkaya gələnlərin çoxu isə keyfiyyətli bal almaq üçün demək olar ki, satışdakı balların hamısının dadına baxırdılar. Alıcı Əli Abdullayev də hər balı yarmarkadan aldığını söyləyir. Həmsöhbətimiz deyir ki, yarmarkadan aldığı bal qəti xarlamır. Onun sözlərinə görə, bu təbii balın əsl göstəricisidir:
"Keyfiyyətli balın dadı azacıq boğazı yandırır. Alıb evdə saxlayanda isə xarlamır. Mən hər il yarmarkadan bal alıram. Cəmi bir dəfə aldığım balın keyfiyyəti aşağı olub. Bu dəfə istəyirəm çökə balı alım. Hələki axtarıram, satışdakı balların dadına baxıram. Xoşuma gələn olsa dörd kiloqram almaq fikrindəyəm".
Arıçılar isə bu dəfə yarmarkada bal bol olsa da, alıcı azlığından şikayətləndilər. Rizvan Quliyev adlı arıçı bildirdi ki, balın əsas alıcısı Bakıda yaşayan ruslardır. Onların çoxu da artıq paytaxtda və Sumqayıtda avqustun 26-dan sentyabrın 19-dək keçirilən Altay və Başqırdıstan ballarının yarmarkasından bal alıblar:

"Həmin yarmarkanın bizdən əvvəl keçirilməsi bazara təsir edib. Halbuki, orada yerli bal satılmırdı. Başqırdıstan, Altay, Sibir, Tatarıstan, Adıgey və Rusiyanın digər bölgələrindən qarabaşaq balı, akasiya balı, qanqal çiçək balı kimi məhsul satılırdı. Hətta bir kiloqram bal alana bir kiloqram da hədiyyə edilirdi. Bizim bal isə daha keyfiyyətlidir. Buna baxmayaraq alan yoxdur. Yarmarkaya 6 gündür ki, gəlmişəm, 10 kiloqram bal satmışam".

Yarmarkada apardığımız müşahidə göstərdi ki, ən çox maraq işğaldan azad edilmiş ərazilərdən gətirilən ballaradır.
Bakıda bal yarmarkası
Bakıda bal yarmarkası - Sputnik Azərbaycan, 1920, 08.10.2022
Bakıda bal yarmarkası
Yarmarkada Kəlbəcər balı satan Qabil Həsənov bu il öz arı ailəsini ata-baba yurduna, Kəlbəcərə aparıb. Nəticə isə gözlədiyindən də artıq olub. Onun sözlərinə görə, arıların məhsuldarlığı Kəlbəcərdə daha çox olub. Kəlbəcərin Ağcakəndinə həyat yoldaşı Firuzə Həsənova ilə gedən arıçı bu qədər məhsul gözləmədiyini də gizləmədi. Bildirdi ki, bu il 1,5 ton bal əldə edib. O, arılarına nəzarət dəftəri də tutub:

"Hər gün arıları tərəziyə qoyub çəkirdim. Bir arı ailəsi 1 gündə 8 600 qram məhsul verib. Bu qədər yüksək məhsuldarlıq heç yerdə olmayıb".

1993-cü ildə, 35 yaşında Kəlbəcərdən çıxıb 65 yaşında doğma torpağına qayıdan Qabil Həsənov bir arının məhsuldarlığının 20 gün ərzində 150 kiloqramdan çox olduğunu, amma bala təlabatın bu il aşağı olduğunu söylədi. Bildirdi ki, 5 günə 10 kiloqram bal satıb.
Rizvan Quliyev
Rizvan Quliyev - Sputnik Azərbaycan, 1920, 08.10.2022
Rizvan Quliyev
Yarmarkada Hadrut balı da satışa çıxarılmışdı. Arıçı Elman Musayev bu il arı ailəsini Xocavəndin Hadrut qəsəbəsinə apardığını, məhsuldarlıqdan razı qaldığını söylədi. O, deyir ki, arıların işğaldan azad olunmuş ərazilərə aparılması müsbət haldır:
"Bu il 1,2 ton məhsul əldə etmişəm".
Onu da öyrəndik ki, Hadrut balı 30-40 manata satılır. Şan balı 35, süzmə bal 30 manatadır. Arıçı bu günədək 40-50 kiloqram bal satdığını söylədi. Arıçılar qeyd edib ki, ötən illə müqayisədə balın qiyməti ucuzlaşıb. Ötən il bir kiloqram Kəlbəcər balı 60 manat idisə, bu il qiymət 40 manata düşüb. Digər bölgələrdən gətirilən balların qiyməti isə 25-30 manat arasında dəyişirdi.
Yarmarkaya balla yanaşı digər arıçılıq məhsulları da çıxarılıb
Arıçıların demək olar ki, hamısı yarmarkanın yaxşı təşkil olunduğunu, bununla belə alıcılıq qabiliyyətinin aşağı olduğunu söylədilər. Bunun səbəbini isə hamısı Altay və Başqırdıstan ballarının yarmarkasında əhalinin bal alması ilə izah etdilər.
Bakıda bal yarmarkası
Bakıda bal yarmarkası - Sputnik Azərbaycan, 1920, 08.10.2022
Bakıda bal yarmarkası
"Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu il yarmarkaya daha çox bal çıxardılıb. Onun sözlərinə görə, son illərin ən barlı-bəhrəli yarmarkası keçirilir. Yarmarkada Azərbaycanın bütün bölgələrinin arıçıları təmsil olunur. O, bildirib ki, yarmarkaya 120 ton məhsul çıxardılıb:
"Yarmarkaya bütün bölgələrin ən keyfiyyətli balları satışa çıxardılıb. Arıçılıq məhsullarının satış yarmarkanın təşkil olunması, arıçıların istehlakçılara öz məhsullarını birbaşa satmaq imkanı yaradır".
© SputnikBakıda bal yarmarkası
Bakıda bal yarmarkası - Sputnik Azərbaycan, 1920, 08.10.2022
Bakıda bal yarmarkası
Assossasiya sədri onu da qeyd etdi ki, işğaldan azad olunan bölgələrimizin balına yarmarkada təlabat daha böyükdür. Bunun səbəbi isə həmin balın keyfiyyətindən çox uzun illərin həsrətidir. O həmçinin digər bölgələrimizdən olan balların keyfiyyətinə görə, Kəlbəcər, Laçın, lerik və sair bölgələrin balından ciddi fərqlənmədiyini söyləyib.
Onun sözlərinə görə, ölkə əhalisinin bala olan illik təlabatı 6 min tondur. Bu il isə Azərbaycanda 7 min ton bal istehsal olunub.
B.Həsrətov onu da vurğuladı ki, son illər Azərbaycan balı xaricə də ixrac olunur:

"Azərbaycandan hazırda Yaponiyaya, ərəb ölkələrinə bal ixrac olunur. Yaxın illərdə digər xarici ölkələrə bal ixrac olunacaq".

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycanın Avropaya bal ixracı qadağandır:
"Avropa ölkələrinin tələbinə görə, ixrac olunan balın tərkibindən bir milli qram belə antibiotik çıxmamalıdır. Biz də öz arıçılarımıza tövsiyə edirik ki, antibiotikdən müalicə məqsədi ilə istifadə etməsinlər. Təbii yolla arıların müalicəsinə üstünlük versinlər".
© SputnikBakıda bal yarmarkası
Bakıda bal yarmarkası - Sputnik Azərbaycan, 1920, 08.10.2022
Bakıda bal yarmarkası
B.Həsrətov onu da bildirib ki, balda əsas göstərici onun tərkibində petisidlərin, antibiotiklərin olmamasıdır:
"Amma Azərbaycan alıcısı əsasən balın tərkibinə şəkərin olub-olmamasına diqqət edir".
Assosasiya rəhbərinin sözlərinə görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb.
Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb. B.Həsrətov qeyd edib ki, bu il yarmarkaya 120 ton baldan 20 ton bal buraxılmayıb. O, bildirib ki, bunlar saxta yox, standarta cavab verməyən baldır.
Xatırladaq ki, yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə 29 avqust saat 00:00-dan 31 avqust saat 23:59-dək həyata keçirilib. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb. Bu il keçirilən yarmarkada növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edir.
Bakıda bal yarmarkası
Bakıda bal yarmarkası - Sputnik Azərbaycan, 1920, 08.10.2022
Bakıda bal yarmarkası
Yarmarkada iştirak üçün hər bir arıçıya Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub. Yarmarkada yalnız COVID-19 pasportuna malik arıçılar iştirak edirlər. Hər arıçı yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilib.
Vətəndaşlar oktyabrın 20-dək hər gün saat 09:00-dan 19:00-dək yarmarkaya gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri yüksək olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.
Xəbər lenti
0