https://sputnik.az/20221007/zengilanda-agilli-kendlerin-temelinin-qoyulmasi-planlasdirilir-447130427.html
Zəngilanda "ağıllı" kəndlərin təməlinin qoyulması planlaşdırılır
Zəngilanda "ağıllı" kəndlərin təməlinin qoyulması planlaşdırılır
Sputnik Azərbaycan
Zəngilanın Baş Planı əsasında kifayət qədər komfortlu şərait yaradılacaq, alçaq mərtəbəli və müasir evlər tikiləcək. Zəngilanda "Ağıllı" layihələr həyata... 07.10.2022, Sputnik Azərbaycan
2022-10-07T07:01+0400
2022-10-07T07:01+0400
2022-10-07T07:01+0400
zəngilan
qarabağ
ağalı kəndi
kənd
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434431513_0:26:2500:1432_1920x0_80_0_0_baa02f37674335060f2b746b4ec09ba4.jpg
BAKI, 7 oktyabr — Sputnik. Zəngilan rayonunda "ağıllı" kəndlərin təməlinin qoyulması planlaşdırılır. Bunu Zəngilan rayonunun xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib.Onun sözlərinə görə, Zəngilanın Ağalı kəndinə bu günə qədər 66 ailə köçürülüb:"Növbəti evlər hazır olan kimi digər ailələr də köçürüləcək. Ağalı kəndinə köçürülmə bu il və gələn illərdə mərhələli şəkildə planlaşdırılır".O qeyd edib ki, mayın 28-də Zəngilanın Baş Planı artıq Prezident İlham Əliyevə təqdim edilib. Baş Plan əsasında kifayət qədər komfortlu şərait yaradılacaq, alçaq mərtəbəli və müasir evlər tikiləcək. Zəngilanda "ağıllı" layihələr həyata keçiriləcək.Qeyd edək ki, "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq.Əhalinin dayanıqlı məsklunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq.Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik "ağıllı şəhər və ağıllı kənd" konsepsiyaları həyata keçiriləcək.Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq.Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.
ağalı kəndi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434431513_278:0:2222:1458_1920x0_80_0_0_2274a72e5277f7222ac2d6a908f5ce3c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəngilan, ağalı kəndi, kənd
zəngilan, ağalı kəndi, kənd
Zəngilanda "ağıllı" kəndlərin təməlinin qoyulması planlaşdırılır
Zəngilanın Baş Planı əsasında kifayət qədər komfortlu şərait yaradılacaq, alçaq mərtəbəli və müasir evlər tikiləcək. Zəngilanda "Ağıllı" layihələr həyata keçiriləcək.
BAKI, 7 oktyabr — Sputnik. Zəngilan rayonunda "ağıllı" kəndlərin təməlinin qoyulması planlaşdırılır. Bunu Zəngilan rayonunun xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib.
Onun sözlərinə görə, Zəngilanın Ağalı kəndinə bu günə qədər 66 ailə köçürülüb:
"Növbəti evlər hazır olan kimi digər ailələr də köçürüləcək. Ağalı kəndinə köçürülmə bu il və gələn illərdə mərhələli şəkildə planlaşdırılır".
O qeyd edib ki, mayın 28-də Zəngilanın Baş Planı artıq Prezident İlham Əliyevə təqdim edilib. Baş Plan əsasında kifayət qədər komfortlu şərait yaradılacaq, alçaq mərtəbəli və müasir evlər tikiləcək. Zəngilanda "ağıllı" layihələr həyata keçiriləcək.
Qeyd edək ki, "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq.
Əhalinin dayanıqlı məsklunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq.
Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik "ağıllı şəhər və ağıllı kənd" konsepsiyaları həyata keçiriləcək.
Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq.
Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.